Nazir müavini: “Veteranlar əməkqabiliyyətlidirlər, biz onların məşğulluğunu təmin etməyə çalışırıq”

Nazir müavini: “Veteranlar əməkqabiliyyətlidirlər, biz onların məşğulluğunu təmin etməyə çalışırıq”






presstv

"Presstv"az #44 günlük Vətən müharibəsi, #Ailə, #Müharibə, #Nəqliyyat, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Veteranlar əməkqabiliyyətilidirlər və biz onların məşğulluğunu təmin etməyə çalışırıq”.

presstvaz xəbər verir ki, bunu 2025-ci ildə həyata keçirilən növbəti sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərin artırılmasına dair brifinqdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deyib.

O xatırladıb ki, veteranlara aylıq təqaüd verilir:

“Statistika Komitəsinin 2024-cü ilin statistik məlumatlarına görə, su, işıq, qaz üçün sərf edilən vəsait müvafiq olaraq 28 manat 70 qəpik, nəqliyyat xərcləri 24 manat 30 qəpik, rabitə xərcləri 12 manat 30 qəpikdir. Bu da ümumilikdə 65 manat edir ki, bu da 80 manatlıq təqaüddən 22 faiz yarım aşağıdır”.

“Bu, onların gündəlik ehtiyaclarının bir hissəsinin qarşılanması üçün müəyyən edilib. Dövlət, əsasən, sosial təminat tədbirlərini əmək qabiliyyəti məhdud şəxslərə şamil edir. Bunlar da əlilliyi olan, pensiya yaşına çatmış və s. şəxslərdir. Veteranlarımız əməkqabiliyyətli insanlardır. Biz onların rifahının uzunmüddətli, dayanıqlı şəkildə dəstəklənməsinə çalışırıq. Dövlət olaraq çalışırıq ki, veteranlarımız daha fəal olsunlar, özünüməşğulluq proqramlarına cəlb olunsunlar. Bu, bu gün üçün yox, gələcəyə yönəlmiş hədəflərdir”.

“44 günlük Vətən müharibəsindən sonra 26 600 şəhid ailəsi üzvü və müharibə iştirakçısı məşğulluqla təmin olunub. Bunlardan 12 600 nəfər özünüməşğulluq proqramlarına cəlb olunub”, – deyə o qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv