Teymur Musayev: “Bu gün xərçəng diaqnozu artıq qaçılmaz son deyil”

Teymur Musayev: “Bu gün xərçəng diaqnozu artıq qaçılmaz son deyil”






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Teymur Musayev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Türk dövlətləri arasında onkologiya sahəsində əməkdaşlıq güclənir”.

presstvaz xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı Onkoloqlarının Birinci Konqresində çıxışı zamanı Azərbaycanın səhiyyə naziri Teymur Musayev səsləndirib.

Nazirin sözlərinə görə, Azərbaycanın ev sahibliyi etdiyi bu konqres Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında səhiyyə, xüsusən də onkoloji xidmət sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir:

“Bu, birgə elmi-tibbi təcrübə mübadiləsinin, ortaq layihələrin və innovativ yanaşmaların inkişafı üçün platformadır”.

Nazir vurğulayıb ki, onkoloji diaqnoz artıq ümidverici müalicə çağırışına çevrilib.

O bildirib ki, erkən diaqnostika, kompleks müalicə üsulları və dövlət dəstəyi nəticəsində Azərbaycanda onkoloji xəstəliklərə yanaşma dəyişib:

“Bu gün xərçəng diaqnozu artıq qaçılmaz son deyil, həyat keyfiyyətinin qorunması və bərpası məqsədilə mümkün və effektiv müalicənin başlanğıcı kimi qəbul edilir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv