İsrail səfərbərlik elan etdi

İsrail səfərbərlik elan etdi






presstv

"Presstv"az #Hərbi Hava Qüvvələri, #İran, #İsrail, #İsrail Müdafiə Qüvvələri, #Tehran, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsrail Müdafiə Qüvvələri (IDF-SAXAL) ehtiyatda olan hərbçilərin (rezervistlər) səfərbər olunduğunu elan edib.

presstvaz-ın xəbərinə görə, bu barədə İsrailin “Ynet” portalı məlumat verib.

“İsrail Müdafiə Qüvvələri 8 saylı əmrə uyğun olaraq minlərlə ehtiyatda olan hərbçini əsasən kritik birləşmələrə göndərir: Hərbi Hava Qüvvələri, arxa cəbhə komandanlığı, şimal və mərkəzi komandanlıqlar, hərbi kəşfiyyat və tank əleyhinə müdafiə komandanlığı”, – deyə məlumatda bildirilib.

SAXAL, həmçinin Yəhudeya və Samariyada yerləşən bölmələrdə də hazırlığı artırır. Bundan əlavə, Fələstin şəhərlərinin ətrafında kordon qurulur və bölgədə qüvvələrin mövcudluğu gücləndirilir.

Xatırladaq ki, ötən gecə İsrail ordusu məqsədi İranın nüvə və raket proqramlarına zərər vurmaq olan “Am Kelavi” (“Aslan kimi millət”) əməliyyatının başladığını elan edib. İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Tehran da daxil olmaqla, bütün ölkə ərazisindəki hədəflərə hücum edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv