İran və İsrail hava məkanını bağladılar

İran və İsrail hava məkanını bağladılar






presstv

"Presstv"az #Benyamin Netanyahu, #Hakim, #İran, #İsrail, #Nəqliyyat, #Təhsil, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İran öz hava məkanının bağlandığını elan edib.

presstvaz-ın məlumatına görə, bu barədə “Al Mayadeen” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Telekanal bildirib ki, İranın hava məkanı növbəti bildirişə qədər bağlıdır.

İsrail hakimiyyəti də İrana zərbələrdən sonra ölkənin hava məkanının növbəti bildirişə qədər bağlandığını elan edib.

“Nəqliyyat Nazirliyi Bildirir ki, İsrail Dövlətinin hava məkanı növbəti bildirişə qədər eniş və qalxışlar üçün bağlıdır. Bağlanmanın məqsədi sərnişinlər və təyyarələr üçün riskləri azaltmaqdır”, – Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir.

Ben-Qurion hava limanının – İsrailin əsas beynəlxalq hava qapısının Mətbuat Xidməti bütün terminalların bağlı olduğunu vurğulayıb.

“Ben-Qurion hava limanı növbəti bildirişə qədər gəliş və gedişlər üçün bağlıdır. Sərnişinlərdən hava limanına gəlməmələrini və aviaşirkətlərin məlumat yeniləmələrini izləmələrini xahiş edirik”, – hava limanından bildirilib.

Daha əvvəl İsrail hakimiyyəti İrana, o cümlədən ölkənin müxtəlif bölgələrindəki nüvə obyektlərinə zərbələr endirildiyini elan edib. İsrail Baş naziri Benyamin Netanyahu bu əməliyyatın məqsədinin İranın nüvə proqramını pozmaq olduğunu bildirib və zərbələrin davam edəcəyi barədə xəbərdarlıq edib. Bu şəraitdə İsrailin özündə xüsusi vəziyyət elan edilib, təhsil müəssisələri bağlanıb, müəssisələrin işi məhdudlaşdırılıb, kütləvi toplaşmalar qadağan edilib. Əhaliyə İran tərəfindən gözlənilən cavab hücumu halında sığınacaqların yaxınlığında olmaq tapşırılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv