Hikmət Hacıyev: “Azərbaycan İordaniya ilə iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır”

Hikmət Hacıyev: “Azərbaycan İordaniya ilə iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır”






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #COP29, #Hikmət Hacıyev, #İlham Əliyev, #İqlim dəyişikliyi, #Prezident Administrasiyası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan İordaniya Krallığı ilə ticari-iqtisadi əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Jordan News Agency” nəşrinə bildirib.

H.Hacıyevin sözlərinə görə, iki ölkə arasında möhkəm, çoxillik və həqiqətən, qardaş münasibətləri formalaşıb. O, Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullah arasında davamlı dialoqu xüsusi qeyd edərək, liderlər arasındakı əlaqələri “ikitərəfli əməkdaşlığın təməl daşı” adlandırıb.

Prezidentin köməkçisi İordaniya vəliəhd şahzadəsi Əl-Hüseyn bin Abdullanın keçən il Bakıya səfərinin və onun BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransı (COP29) çərçivəsində Prezident İlham Əliyevlə görüşünün əhəmiyyətini vurğulayıb. O, danışıqları Azərbaycan-İordaniya tərəfdaşlığının daha da möhkəmləndirilməsi üçün məhsuldar və strateji cəhətdən vacib kimi xarakterizə edib.

“Bu görüşün nəticələrinə əsasən, Azərbaycan Prezidenti hökumətə İordaniya ilə əlaqələrin, xüsusilə iqtisadiyyat və ticarət sahələrində dərinləşdirilməsi üzrə işləri aktivləşdirmək tapşırığı verib”, – nəşr H.Hacıyevin sözlərini sitat gətirib.

“Bakı və Əmman beynəlxalq platformalarda sıx koordinasiyanı davam etdirir və qlobal gündəmin bir sıra aktual məsələləri üzrə oxşar mövqelər tutur”, – deyə Azərbaycan Prezidentinin köməkçisi əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv