DSMF-də yeni təyinat

DSMF-də yeni təyinat






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Bakı Dövlət Universitetini, #Cənubi Qafqaz, #Magistratura, #Nəqliyyat, #Təhsil, #Vəzifə, #Yeni təyinat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat olub.

presstvaz Banker.az-a istinadən xəbər verir ki, Rövşən Tofiq oğlu Didavari 2025-ci ilin may ayından etibarən Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub.

Ona qədər bu vəzifədə Yusif Eyvaz oğlu Əkpərov idi.

O, 1993-1997-ci illərdə Ali Diplomatiya Kollecində Hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili, 2008-2010-cu illərdə isə Qərb Universitetində Jurnalistika ixtisası üzrə magistratura təhsili alıb.

1991-1992-ci illərdə Bakı Dövlət Universitetinin nəşriyyatında cildçi-çapçı vəzifəsində çalışıb. 1992-1996-cı illərdə “Qayğı” Kooperativində müxtəlif vəzifələrdə işləyib. 1997-2001-ci illərdə “Xalq qəzeti”nin İctimai-siyasi həyat şöbəsində baş müxbir kimi fəaliyyət göstərib. 2001-2002-ci illərdə “Media LTD” şirkətinin “Bizim əsr” qəzetində analitik şöbədə müxbir vəzifəsində çalışıb.

2003-2006-cı illərdə Bakı-Tbilisi-Ceyhan Cənubi Qafqaz Boru Kəmərləri layihəsində, “Consolidated Contractors International CO (CCIC)” şirkətinin Nəqliyyat departamentində koordinator kimi fəaliyyət göstərib.

2006-2020-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mərkəzi Aparatında İctimaiyyətlə Əlaqə İdarəsinin Mətbuat Xidməti şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 2021-2022-ci illərdə AMEA Tarix İnstitutunun Tərcümə və nəşriyyat işləri şöbəsinin müdiri kimi fəaliyyət göstərib. 2022-ci ildə AMEA Tarix İnstitutunun Elmi informasiya şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb.

2022-2023-cü illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Müraciətlərə baxılması departamentinin Qəbul şöbəsində mütəxəssis, 2023-2024-cü illərdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın Müraciətlərə baxılması departamentinin Yazılı müraciətlərə baxılması şöbəsində aparıcı mütəxəssis vəzifəsində çalışıb.

2024-2025-ci illərdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın Müraciətlərə baxılması departamentinin Hərbi rütbəli şəxslərin müraciətlərinin cavablandırılması şöbəsində böyük mütəxəssis kimi fəaliyyət göstərib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv