“Kəpəz”in yeni baş məşqçisi: “Yer axtarışındayıq”

“Kəpəz”in yeni baş məşqçisi: “Yer axtarışındayıq”






presstv

"Presstv"az #Azərbaycan, #Futbol, #Premyer Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Kəpəz”in Azər Bağırovla yola davam edəcəyini düşünürdüm”.

Bunu presstvaz-a açıqlamasında “Kəpəz” klubunun yeni baş məşqçisi Adil Şükürov deyib.

“Kəpəz” klubunun təklifi mənim üçün sürpriz oldu. Rəhbərliklə danışdıq, gələcəyə dair düşüncələrimiz üst-üstə düşdüyü üçün müqavilə bağladıq. Azər Bağırovla yaxından ünsiyyətim olduğu üçün onun nəyə görə klubdan ayrıldığını soruşdum, mənə dedilər ki, rəhbərliklə keçmiş baş məşqçinin fikirləri uyğunlaşmayıb, bu səbəbdən də yolları ayırıblar. Daha sonra isə təklifi qəbul etdim”, – A.Şükürov deyib.

O, komandanın yeni mövsümdəki hədəflərindən də danışıb:

“Yeni mövsümdə ideal və daha güclü komanda yaratmaq istəyirik. Budəfəki hədəfimiz Azərbaycan Premyer Liqasında güclü “Kəpəz”in olmasıdır. Yeni futbolçu transferi üçün işlərə yaxın günlərdə başlayacağıq”.

Klubun yeni baş məşqçisi stadion problemini də dilə gətirib.

“Hazırda “Kəpəz” klubunun çıxış etdiyi Gəncə şəhər stadionu təmirdə olduğundan oynamaq üçün yer axtarışındayıq. Tovuz şəhər stadionu da təmirə bağlanacağı üçün orada görüşlər keçirə bilməyəcəyik. Rəhbərliklə müzakirə etdik, ən qısa zamanda bu problemi də aradan qaldıracağıq”, – deyə A.Şükürov bildirib.

Anar Həsənov


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv