ABŞ-nin daha bir ştatına ordu yeridiləcək

ABŞ-nin daha bir ştatına ordu yeridiləcək






presstv

"Presstv"az #ABŞ, #Kaliforniya, #Los-Anceles, #Qeyri-qanuni miqrantlar, #Texas ştatı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Texas ştatında qeyri-qanuni miqrantların kütləvi saxlanmasına etirazlar fonunda ictimai asayişi qorumaq üçün orada Milli Qvardiya qoşunları yerləşdiriləcək.

presstvaz xəbər verir ki, bu barədə ştatın qubernatoru Qreq Ebbot məlumat verib.

“Texas Milli Qvardiyası sülh və asayişi təmin etmək üçün bütün ştatda yerləşdiriləcək. Dinc etirazlar qanunidir. İnsana və ya əmlaka ziyanın dəyməsi qanunsuzdur və həbslə nəticələnəcək”, – deyə o, “X” sosial şəbəkəsində yazıb.

Bundan əvvəl Texas qubernatoru ştatın paytaxtı Ostində ABŞ hökumətinin immiqrasiya siyasətinə qarşı 10-dan çox etirazçının saxlanması barədə məlumat vermişdi. Etirazlar, həmçinin Texas ştatının Dallas şəhərində də keçirilib.

Qeyd edək ki, qanunsuz mühacirlərə qarşı polis basqınlarından sonra Kaliforniyada, Los-Anceles şəhərində də etirazlar baş qaldırıb, iğtişaşlar olub, bundan sonra şəhərdə komendant saatı tətbiq edilib.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv