Muğanlı-İsmayıllı-Qəbələ yolunda təmir işləri niyə ləng gedir?

Muğanlı-İsmayıllı-Qəbələ yolunda təmir işləri niyə ləng gedir?






presstv

"Presstv"az #Avto, #Azərbaycan, #Bakı, #Qəbələ, #Şamaxı, #Təmir işləri, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir neçə ildir ki, Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ yolunda yenidənqurma işləri aparılır. Bir müddət əvvəl yolun bir hissəsi istifadəyə verilsə də, İsmayıllı-Qəbələ hissəsi hələ də təmirdədir.

presstvaz Xəzər TV-yə istinadən məlumat verir ki, son günlər bu hissədə işlərin birtərəfli aparılması ərazidə yaşayan sakinləri dilə gətirib.

Bu məsələ yolun yaxınlığındakı iaşə obyektlərinə də təsir göstərib. Məlumata görə, turizm obyektlərinə gedənlər 70 faiz azalıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, tikinti işləri tərtib olunmuş qrafikə uyğun şəkildə davam edir. Artıq layihə üzrə yolun 47 km hissəsinə asfalt örtüyü döşənib. Sökülməmiş köhnə asfalt isə 14.7 kilometrdir. Tikinti işlərinin aparıldığı yer 15 kilometr təşkil edir. Layihənin keçdiyi hissə İsmayıllı və Qəbələ ərazilərinə düşür.

“Bu ərazilər bütün fəsillərdə yağıntılı hesab olunur. Nəzərə almaq lazımdır ki, tikinti işləri açıq havada həyata keçirilir. İntensiv yağıntılar davam etdiyi müddətdə işlər dayandırılır. Buna baxmayaraq yolun xüsusi əhəmiyyəti, turizm bölgələrini birləşdirməsi nəzərə alınaraq hava şəraiti imkan verdikcə işlər davam etdirilir”, – deyə açıqlamada bildirilib.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv