Azərbaycanda mobil operatorların tarifləri kəskin artırmasına RƏSMİ REAKSİYA

Azərbaycanda mobil operatorların tarifləri kəskin artırmasına RƏSMİ REAKSİYA






presstv

"Presstv"az #Azercell, #Bahalaşma, #Nəqliyyat, #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son günlər ölkənin iki böyük mobil operatoru – "Azercell" və "Bakcell" tarif qiymətlərini kəskin artırıb. Bu dəyişiklik ictimaiyyət arasında narazılıqla qarşılanıb. İstifadəçilər mobil rabitə xidmətlərinin eyni vaxtda və paralel şəkildə bahalaşmasını şübhəli hesab edirlər.

Eyni zamanda vətəndaşlar bu qərarın aidiyyəti dövlət qurumları tərəfindən monitorinq olunub-olunmadığı, eləcə də gələcəkdə oxşar halların qarşısının alınması üçün hər hansı hüquqi və ya tənzimləyici dəyişikliklərin nəzərdə tutulub-tutulmadığı ilə maraqlanırlar.

presstvaz xəbər verir ki, məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, mobil operatorlar göstərdikləri sözügedən telekommunikasiya xidmətlərinin tariflərini və ödəmə qaydasını müstəqil şəkildə müəyyən edirlər və bu qiymətlər dövlət tərəfindən tənzimlənmir.

"Habelə tənzimləyici qurumlar tərəfindən normativ hüquqi aktlarla müəyyən edilmiş əsaslar olmadan təsərrüfat subyektlərinin satdığı məhsulun qiymətləri üzərində nəzarət həyata keçirilməsi qadağandır", – deyə İKTA-dan bildirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv