Kolumbiya prezidenti qızına və nazirlərin övladlarına qarşı təhdidlərdən danışdı

Kolumbiya prezidenti qızına və nazirlərin övladlarına qarşı təhdidlərdən danışdı






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Arizona ştatı, #Baş Prokurorluq, #Hadisə, #Kolumbiya, #Qustavo Petro, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kolumbiya Prezidenti Qustavo Petro kiçik qızının ünvanına təhdid mesajlarının gəlməyə başladığını bildirib. Oxşar mesajları onun hökumətinin bütün üzvlərinin övladları da alır.

presstvaz-ın xəbərinə görə, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Kolumbiya liderinin fikrincə, bu, senatora və prezidentliyə mümkün namizəd Migel Uribeyə qarşı sui-qəsd cəhdi ilə bağlıdır.

Petronun sözlərinə görə, təhdid dolu mesajlar botlardan istifadə etməklə, sosial şəbəkələr vasitəsilə göndərilib.

Ölkənin hüquq-mühafizə orqanları artıq təhqiqata və təhdidlərin göndərilməsinə görə məsuliyyət daşıyanların axtarışına başlayıb. Araşdırmalarda polis kibermərkəzindən əlavə, Baş Prokurorluq və kəşfiyyat orqanları da iştirak edirlər.

Qeyd edək ki, mayın 9-da Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribe də xarici kəşfiyyatdan ona qarşı növbəti sui-qəsd cəhdinin hazırlandığı barədə məlumat aldığını bildirib.

Xatırladaq ki, ötən şənbə günü – iyunun 7-də Boqotada mitinq zamanı 15 yaşlı yeniyetmə Kolumbiya prezidentliyinə ehtimal olunan namizəd, 39 yaşlı senator Migel Uribeyə bir neçə dəfə atəş açıb və güllə onun başına dəyib. Sabiq dövlət başçısının səhhətinin vəziyyəti ağır olaraq qalır.

Böyük rezonansa səbəb olan bu hadisə xüsusi nəzarətə götürülüb. Polisə artıq məlumdur ki, cinayətkarın atəş açdığı “Qlyuk” tapançası 2020-ci ildə ABŞ-nin Arizona ştatındakı mağazalardan birindən alınıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv