İran vətəndaşı Ermənistan həbsxanasında aclıq aksiyasına başlayıb: Dodaqlarını tikib

İran vətəndaşı Ermənistan həbsxanasında aclıq aksiyasına başlayıb: Dodaqlarını tikib






presstv

"Presstv"az #Ermənistan, #İran, #İrəvan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Sərhədi qanunsuz keçmək” ittihamı ilə on bir aydır Ermənistanın Armavir həbsxanasında saxlanılan Mohammad Xavaşemzadə adlı İran vətəndaşı aclıq aksiyasına başlayıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.

Məlumata görə, o, həmçinin “Qadın, həyat, azadlıq” hərəkatında iştirak etdiyi üçün İranda da həbsxanaya salınıb.

Keçmiş siyasi məhbusun sözlərinə görə, həbsxanadan müvəqqəti azad edildikdən sonra İranın xüsusi xidmət orqanları onu izləməkdə davam edib və təzyiq göstərib. Onu SEPAH ilə əməkdaşlıq etməyə və “Iran International” telekanalının iki jurnalistinin oğurlanmasında iştiraka məcbur ediblər. Mohammad bundan imtina edib və nəticədə İranı tərk edərək Ermənistana getməyə məcbur olub.

29 yaşlı siyasi məhbus 2024-cü il iyulun 6-da Ermənistanı tərk etməyə cəhd edərkən həbs edilib və “sərhədi qanunsuz keçmək” ittihamı ilə 3 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Çox güman ki, uzunmüddətli cəza İranın İrəvandakı səfirliyi ilə razılaşdırılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv