Hind okeanının cənubunda GÜCLÜ ZƏLZƏLƏLƏR davam edir

Hind okeanının cənubunda GÜCLÜ ZƏLZƏLƏLƏR davam edir






presstv

"Presstv"az #ABŞ, #Avstraliya, #Güclü zəlzələ, #Hindistan, #Rusiya, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hind okeanının cənubunda güclü zəlzələlər davam edir. Belə ki, Avstraliyanın qərbində yerləşən Pert şəhərindən 1 765 km cənubda 5.8 bal gücündə zəlzələ baş verib. Təkanların intensivliyi dağıdıcı səviyyədə qiymətləndirilib.

presstvaz bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Altay-Sayan filialına istinadla xəbər verir.

Bildirilir ki, zəlzələnin episentri Qərbi Hindistan-Antarktika sualtı silsiləsi rayonunda yerləşib.

ABŞ Geoloji Xidməti (USGS) isə zəlzələnin maqnitudasını 5.9 bal olaraq qiymətləndirib. Məlumata əsasən, zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. ABŞ-li seysmoloqlar bu bölgədə 5.5 bal gücündə avterşok da qeydə alıblar.

Qeyd edək ki, bir gün əvvəl də həmin ərazidə müxtəlif qiymətləndirmələrə görə, maqnitudası 6-dan 6.2-yə qədər dəyişən zəlzələ baş vermişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv