Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər

Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər






presstv

"Presstv"az #Araşdırma, #Demensiya, #Həkim, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yuxuda çığırmaq və əl-qol atmaq Parkinson və demensiyanın erkən əlaməti ola bilər

Əgər bir insan yuxu zamanı çığırır, əl-qol və ya ayaq hərəkətləri edirsə, bu hal ciddi nevroloji problemlərin – Parkinson xəstəliyi və ya Levi cisimcikli demensiyanın – ilkin əlaməti ola bilər.

presstvaz xəbər verir ki, bu barədə “eBioMedicine” jurnalında dərc olunan elmi araşdırmada məlumat verilib. Alimlər 1200-dən çox şəxsin beyninin MRT görüntülərini təhlil edərək belə nəticəyə gəliblər.

Normalda yuxu zamanı əzələlər iflic vəziyyətində olur, bu da yuxuda görülən hərəkətlərin fiziki olaraq təkrarlanmamasını təmin edir. Lakin REM yuxu davranış pozuntusu (RBD) zamanı bu mexanizm pozulur və insan yuxuda oyaqmış kimi çığırır, təpik atır və ya aqressiv davranışlar sərgiləyir. Bu vəziyyət əsasən 50 yaşdan sonra müşahidə olunur və belə şəxslərin 90%-ə qədəri sonrakı illərdə Parkinson və ya demensiya diaqnozu alır.

Araşdırma zamanı alimlər süni intellektin köməyi ilə RBD yaşayan şəxslərin beynində iki fərqli növ atrofiya müəyyən ediblər:

Parkinson xəstəliyində zədələnmə əsasən dərin beyin strukturlarında başlayır,

Demensiyada isə bu proses beyin qabığında müşahidə olunur.

Bu fərqlər həkimlərə gələcəkdə xəstəliyin hansı istiqamətdə inkişaf edə biləcəyini öncədən müəyyən etməyə imkan verə bilər.

Mütəxəssislər bildirir ki, RBD-nin erkən mərhələdə aşkarlanması və beyin dəyişikliklərinin izlənməsi sayəsində bu ağır xəstəliklərin inkişafını yavaşlatmaq və daha təsirli müalicə üsulları tətbiq etmək mümkündür. /milli.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv