25 ilə insanlar 1000 il yaşaya biləcək

25 ilə insanlar 1000 il yaşaya biləcək






presstv

"Presstv"az #Böyük Britaniy, #Böyük Britaniya, #İlon Mask, #Qocalma, #Süni intellekt, #Uzunömürlülük

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Texnologiya və biotibbi sahədə çalışan ekspertlərin fikrincə, bəşəriyyət gen mühəndisliyi, robot texnologiyaları və süni intellekt sahəsindəki irəliləyişlər sayəsində uzunömürlülükdə yeni bir mərhələyə qədəm qoymaq üzrədir. Dünyanın aparıcı futuristləri və tədqiqatçıları artıq bunun baş verəcəyi tarixlərə dair proqnozlar veriblər.

presstvaz  xəbər verir ki, proqnoz verənlər arasında Böyük Britaniyadan futurist doktor Yan Pirson, Quql şirkətinin keçmiş mühəndisi Rey Kurtsveyl və biotibbi mütəxəssis Obri de Qrey də yer alır. Onların hər biri minillik həyat yolunu fərqli görsə də, hamısı bu gələcəyin uzaqda olmadığını düşünür.

Pirson əmindir ki, 2050-ci ilə qədər ən zəngin insanlar gen mühəndisliyi, robototexnika və şüurun rəqəmsal köçürülməsi sayəsində 1000 il yaşamaq imkanına sahib olacaqlar. Onun fikrincə, insan şüurunu ya android bədəninə, ya da virtual reallığa köçürmək mümkün olacaq. Əvvəlcə bu texnologiyalar yalnız elita üçün əlçatan olacaq, lakin 2060-cı illərdə orta təbəqə də onlardan istifadə edə biləcək.

O əlavə edib ki, gələcəyin tibbi hüceyrə səviyyəsində qocalmanı dayandırmağa və hətta onu geri çevirməyə, həmçinin xərçəng və ürək-damar xəstəlikləri kimi patologiyaları hələ yaranmadan əvvəl müalicə etməyə imkan verəcək.

Texnologiyalar sahəsində verdiyi dəqiq proqnozlarla tanınan Rey Kurtsveyl isə hesab edir ki, 2029-cu ilə qədər süni intellekt insan beyni ilə eyni səviyyəyə çatacaq. Bu, onun "singulyarlıq" adlandırdığı dövrün başlanğıcı olacaq. 2045-ci ilə qədər isə insanla maşın tam şəkildə birləşəcək və bu, ölümsüzlüyə yol açacaq.

Kurtsveylin fikrincə, süni intellekt qida və yaşayış kimi əsas ehtiyacları xeyli ucuzlaşdıracaq, İlon Maskın "Neuralink" layihəsi kimi beyin-kompüter interfeysləri vasitəsilə şüur məlumat buluduna qoşula biləcək. Bu da insan intellektinin milyonlarla dəfə artmasına və şəxsi şüurun köçürülərək yeni bədənlərə yerləşdirilməsinə səbəb olacaq.

Gerontologiya sahəsində mütəxəssis olan Obri de Qrey isə XXI əsrin tibb elminin qocalmanı geri çevrilə bilən prosesə çevirəcəyini iddia edir. O, 2050-ci ilə qədər qocalığın adi bir xəstəlik kimi qəbul ediləcəyini və müalicə edilə biləcəyini düşünür. /Bakupost.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv