Qırğızıstanın sabiq prezidenti Haaqa məhkəməsinə çıxarıla bilər

Qırğızıstanın sabiq prezidenti Haaqa məhkəməsinə çıxarıla bilər






presstv

"Presstv"az #Hakim, #Məhkum, #Qırğızıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bişkek məhkəməsi tərəfindən Qırğızıstanın keçmiş prezidenti, qiyabi məhkum olunmuş Almazbek Atambayev bu hökmü respublika hakimiyyətinin təqibi adlandırıb.

presstvaz “Sputnik”ə istinadən xəbər verir ki, sabiq dövlət başçısı ölkənin hazırkı rəhbərliyinə onun işinə Haaqa Beynəlxalq Cinayət Məhkəməsində (BCM) baxılmasını təklif edib.

“Mən şəxsən beynəlxalq məhkəməyə çıxmağa və mənə qarşı irəli sürülən bütün ittihamlara cavab verməyə hazıram – siyasidən tutmuş cinayətə qədər. Hökumət ədaləti rəhbər tutduğuna əmindirsə, beynəlxalq tribunaldan qorxmaq üçün heç bir əsası yoxdur. Əgər Haaqa məni təqsirli bilsə, o zaman mən istənilən müddətə dəmir barmaqlıqlar arxasında qalmağa hazıram”, – Atambayev deyib.

O əlavə edib ki, bunun üçün Qırğızıstan Roma Əsasnaməsini ratifikasiya etməli, hazırkı hakimiyyət isə ölkənin Baş Prokurorluğuna BCM-ə müraciət etmək barədə göstəriş verməlidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv