Ermənistanda “siyasi meyitlər” xortlayır: Keçmişin kabusları geri qayıdır

Ermənistanda “siyasi meyitlər” xortlayır: Keçmişin kabusları geri qayıdır






presstv

"Presstv"az #Ermənistan, #İlham Əliyev, #İrəvan, #Müharibə, #Nikol Paşinyan, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baku TV-nin “Global Panorama” verilişinin yeni buraxılışı yayımlanıb.

Bu dəfə Ermənistanın daxilində baş verən siyasi çəkişmələrdən və revanşist ritorikadan bəhs olunub. Bildirilib ki, müharibədən sonra Ermənistan cəmiyyətində qəribə paradoks yaranıb.

Reallığı qəbul edənlər xəyanətkar, illüziyaları müdafiə edənlər isə vətənpərvər kimi təqdim olunur. Vurğulanıb ki, Ermənistan müxalifəti təmsil olunduğu parlamentdə tez-tez gərginlik yaradır, bununla da ölkənin diplomatik mövqeyini zəiflədir, xarici siyasətdə manevr imkanlarını daraldır.

Əlavə olunub ki, Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Albaniyada baş tutan qısa görüşdən sonra rəsmi İrəvan sülhə dair mesajlarını sıralamağa başlayıb.

N.Paşinyan bildirib ki, sülh sazişinin mətni üzrə danışıqlar artıq yekunlaşıb və sənəd imzalanmağa hazırdır.

Qeyd olunub ki, Ermənistan parlamentinin sədri Alen Simonyan ölkənin üç keçmiş prezidentini “seçilməmiş üçlük” adlandıraraq belə deyib:

“Onlar “siyasi meyitlər”dir. Nə Robert Koçaryan, nə də Serj Sarqsyan prezident seçilib. Levon Ter-Petrosyan da 1996-cı ildə prezident seçilməyib. Onlar seçilməmiş üçlükdür”.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv