Xankəndi, Xocalı, Ağdərə müasir rəqəmsal yerüstü televiziya və radio yayımı ilə əhatə olunacaq

Xankəndi, Xocalı, Ağdərə müasir rəqəmsal yerüstü televiziya və radio yayımı ilə əhatə olunacaq






presstv

"Presstv"az #Audi, #Audiovizual Şura, #Qarabağ və Şərqi Zəngəzur, #Şuşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İyunun 3-də Audiovizual Şuranın növbəti iclası keçirilib. İclas tikilməkdə olan "Xankəndi" radio-televiziya yayım stansiyasından (RTYS) televiziya və radio yayımının təşkili məsələlərinə həsr olunub.

Bu barədə Trend-ə Audioviziual Şuradan məlumat verilib.

Bildirilib ki, hazırda Qarabağda televiziya və radio yayımı "Şuşa", "Şahyeri", "Həsənriz kənd" və bir sıra başqa RTYS-lərdən yayımın həyata keçirilməsi hesabına aparılır.

"Xankəndi" RTYS istifadəyə verildikdən sonra Qarabağ və Şərqi Zəngəzurda televiziya və radio yayımının əhatə dairəsi daha da genişlənəcək, o cümlədən Xankəndi, Xocalı, Ağdərə şəhərləri tam olaraq müasir standartlı rəqəmsal yerüstü televiziya və radio yayımı ilə, habelə analoq FM radio yayımı ilə əhatə olunacaq.

İclasda işğaldan azad edilmiş ərazilərdə müasir teleradio yayım şəbəkəsinin qurulması istiqamətində infrastruktur operatoru olan "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İB-nin, habelə həmin bölgələrdə istifadəyə yararlı, boş radiotezliklərin müəyyən olunub istismara verilməsi sahəsində Dövlət Radiotezliklər İdarəsinin gördüyü işlər qeyd edilmiş və təqdir olunub.

Müzakirələrdən sonra Dövlət Radiotezliklər İdarəsindən alınmış məlumatlar və infrastruktur operatorunun ehtiyacları nəzərə alınaraq tikilməkdə olan "Xankəndi" RTYS-dən istismara verildikdən sonra DVB-T2 standartlı rəqəmsal yerüstü televiziya yayımının, DAB+ standartlı rəqəmsal yerüstü radio yayımının həyata keçirilməsi üçün müvafiq radiotezliklərin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İB-nin istifadəsinə ayrılması haqqında qərarlar qəbul olunub.

Həmçinin, istismara veriləndən sonra ümumölkə radio yayımçılarının proqramlarının "Xankəndi" RTYS-dən analoq FM yayımının təmin edilməsi üçün müvafiq radiotezliklərin ümumölkə və həmin bölgədə fəaliyyət göstərən regional yerüstü radio yayımçıların istifadəsinə ayrılması ilə bağlı da qərar qəbul olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv