Bu ixtisaslara qəbul olmaq asandır – SİYAHI

Bu ixtisaslara qəbul olmaq asandır – SİYAHI






presstv

"Presstv"az #Azərbaycan, #İdman, #Lənkəran, #Naxçıvan Dövlət Universiteti, #Odlar Yurdu Universiteti, #Qarabağ Universiteti, #Sumqayıt Dövlət Universiteti, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

I-IV ixtisas qrupları daxilində (dövlət sifarişi üzrə) ən aşağı keçid ballı ixtisasların siyahısı ( xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla) təqdim edilib.

presstvaz xəbər verir ki, azedu.az-ın əldə etdiyi məlumata görə, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu "Abituriyent 12" jurnalında qeyd olunub.

Belə ki, Azərbaycan Dövlət Aqrar Universiteti, Naxçıvan Dövlət Universiteti, Qarabağ Universiteti və Lənkəran Dövlət Universitetinin ixtisaslarına dövlət sifarişi əsasında qəbul üçün əlavə olaraq ayrılan yerlər, eləcə də Azərbaycan İlahiyyat İnstitutunun ixtisasları üzrə ayrılan yerlər nəzərə alınmayıb.

Ən aşağı keçid balı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin I qrupa daxil olan" Cihaz mühəndisliyi" ixtisasında 201.5 bal olub.

Ən aşağı keçid balı Azərbaycan İdman Akademiyası II qrupa daxil olan "İdman menecmenti və kommunikasiya" (tədris ingilis dilində) ixtisasında 258.6 bal olub.

Ən aşağı keçid balı Azərbaycan İlahiyyat İnstitutunun III qrupa daxil olan "Dinşünaslıq"  ixtisasında 289.1 bal olub.

Ən aşağı keçid balı Qərbi Kaspi Universitetinin IV qrupa daxil olan "Su bioehtiyatları və akvakultura" (tədris ingilis dilində) ixtisasında 205.3 bal olub.

I-IV ixtisas qrupları daxilində (ödənişli) ən aşağı keçid ballı ixtisasların siyahısı; 

Ən aşağı keçid balı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin I qrupa daxil olan" Cihaz mühəndisliyi" (rus bölməsi) ixtisasında 200.5 bal olub.

Ən aşağı keçid balı Sumqayıt Dövlət Universitetinin II qrupa daxil olan" Sosiologiya" ixtisasında 200.1 bal olub.

Ən aşağı keçid balı Azərbaycan Odlar Yurdu Universitetinin III qrupa daxil olan "Tərcümə " (tədirs ingilis dili üzrə) ixtisasında 200.6 bal olub.

Ən aşağı keçid balı Sumqayıt Dövlət Universitetinin IV qrupa daxil olan" Kimya" ixtisasında 212.1 bal olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv