Ölmüş şəxsin varisindən icarəyə torpaq götürənlərin diqqətinə: Sığorta zamanı ziyana düşə bilərsiniz

Ölmüş şəxsin varisindən icarəyə torpaq götürənlərin diqqətinə: Sığorta zamanı ziyana düşə bilərsiniz






presstv

"Presstv"az #Fermerlər, #Hadisə, #Qax rayonu, #Qeyri-sabit hava şəraiti, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qax və Zaqatalada fermerlər qeyri-sabit hava şəraiti, o cümlədən əkin sahələrinin subasmaya məruz qalması səbəbindən ziyana düşdüklərini bildirirlər.

Fermerlərdən kimisi məhsulunu necə sığorta etdirəcəyindən xəbərsizdir, kimisi isə bu proses haqqında məlumatlı olsa da, tam yararlana bilmir.

Qax rayonu Əmircan kəndinin sakini İrfan Süleymanov deyir ki, 38 hektar ərazidə əkin aparsa da, sığorta hadisəsi zamanı onun cəmi 8 hektarı üzrə ödəniş verilib. Aqrar Sığorta Fondundan isə deyilənlə razılaşmırlar.

Qurumun İdarə Heyətinin sədri Fuad Sadıqov bölgələrdə əkin sahələrinin sığortalanmasının vacibliyi ilə bağlı maarifləndirmə tədbirlərinin davam etdiyini bildirir.

“Fermerlər bəzən şifahi razılaşma əsasında kimlərdənsə icarəyə torpaq götürürlər. Sığorta hadisəsinin tənzimlənməsi zamanı isə müəyyən edilir ki, torpaq rəhmətə gedən şəxsin vərəsəsi tərəfindən icarəyə verilib. Ona görə də ziyanla bağlı ödənişinin edilməsində problem yaranır”, – deyə o əlavə edib.

Ətraflı Baku TV-nin süjetində:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv