Qanunsuz dini təbliğatla məşğul olan əcnəbilər Azərbaycandan çıxarıldılar

Qanunsuz dini təbliğatla məşğul olan əcnəbilər Azərbaycandan çıxarıldılar






presstv

"Presstv"az #Azərbaycan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qanunsuz dini təbliğat fəaliyyətini təşkil edən əcnəbilər barədə hüquqi tədbirlər görülüb.

presstvaz xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidməti birgə məlumat yayıb.

Məlumatda bildirilib ki, xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası ərazisində qanunvericiliyin tələblərini pozaraq dini təbliğat işi aparmaları ilə bağlı daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidmətinin birgə həyata keçirdikləri tədbirlər nəticəsində başqa dövlətin ərazisində yerləşən dini mərkəzin üzvləri olan əcnəbilər – 1968-ci il təvəllüdlü Şeyx Məhəmməd Hənif (Shaikh Muhammad Hanif), 1981-ci il təvəllüdlü Kərim Bux (Kareem Bux) və 1968-ci il təvəllüdlü Çanna Tac Məhəmmədin (Channa Taj Muhammad) Azərbaycanda qeyri-ənənəvi dini cərəyana aid ideyaların təbliği istiqamətində fəaliyyət göstərmələri, qanunsuz qapalı dini yığıncaqlar və dini ayinlərin icrasını təşkil etmələri təsbit olunub.

Toplanmış materiallar əsasında adları qeyd olunan xarici ölkə vətəndaşlarının “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd fəaliyyət göstərmələri müəyyənləşdirilərək onların bu əməllərinin qarşısı alınıb və həmin şəxslər AR Miqrasiya Məcəlləsinin 79.1.2 maddəsinə əsasən, ölkə hüdudlarından kənara çıxarılıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv