Kosmosda “qışqırıq” eşidildi – Bir saniyədən az müddətdə Günəşin 100 min illik enerjisini yaydı

Kosmosda “qışqırıq” eşidildi – Bir saniyədən az müddətdə Günəşin 100 min illik enerjisini yaydı






presstv

"Presstv"az #Günəş, #Hadisə, #İspaniya, #İspaniyanın, #Kosmos, #Qalaktika, #Yer kürəsi, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Alimlər Yer kürəsindən 13 milyon işıq ili uzaqlıqda yerləşən neytron ulduzunun fövqəladə parıltısını qeydə alıblar. Bu hadisə cəmi 0,16 saniyə davam etsə də, onun buraxdığı enerji Günəşin 100 min illik istehsalına bərabər olub.

presstvaz xəbər verir ki, bu barədə “Farmingdale Observer” portalı məlumat yayıb.

(function () {window._ttzi = 161; var adv_161_iad = document.createElement(“script”);adv_161_iad.src = “https://newmedia.az/nativevideo/get_ads.js?v=” + new Date().toJSON().slice(0,10).replace(/-/g,’.’);adv_161_iad.async = true;(document.body || document.head || document.documentElement).appendChild(adv_161_iad);adv_161_iad.onload = function(){adv_161_iad.parentNode.removeChild(adv_161_iad);}})();

Bildirilir ki, hadisənin mənbəyi – maqnetar (maqnit ulduzlar) adlanan neytron ulduzudur. Bu obyektlər kainatda ən güclü maqnit sahəsinə malik göy cisimlərindən sayılır. Onların maqnit sahəsi digər neytron ulduzlarından min dəfə güclü ola bilər.

“Maqnetar sanki kosmosda varlığını bildirmək üçün milyardlarla Günəş gücündə “qışqırıb”, sonra isə dərhal susub”, – deyə İspaniyanın Əndəlus bölgəsindəki Astrofizika İnstitutunun tədqiqatçısı Alberto X.Kastro-Tirado bildirib.

Fövqəladə enerji buraxımı “Sculptor” qalaktikasında baş verib. Hadisə Beynəlxalq Kosmik Stansiyada yerləşdirilmiş ASIM (Atmosphere-Space Interactions Monitor) cihazı vasitəsilə qeydə alınıb. Cihazın ötürdüyü məlumatlar əsasında alimlər bu nadir hadisəni dörd fazaya bölərək öyrəniblər.

Alimlərin sözlərinə görə, bu partlayış indiyə qədər qeydə alınmış ən uzaq maqnetar partlayışı sayılır.

Hazırda kainatda 3 minə yaxın neytron ulduzu məlumdur, amma onların cəmi 30-a qədəri maqnetar kimi tanınıb.

Tədqiqatçılar ehtimal edirlər ki, bu tip partlayışlara “ulduz zəlzələləri” səbəb ola bilər – maqnetarların elastik səthində baş verən bu qeyri-sabitliklər nəhəng enerji boşalmalarına yol açır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv