Laçına MDB-nin mədəniyyət paytaxtı sertifikatı təqdim olunub

Laçına MDB-nin mədəniyyət paytaxtı sertifikatı təqdim olunub






presstv

"Presstv"az #Adil Kərimli, #Azərbaycan, #Hadisə, #İlham Əliyev, #Laçın rayonu, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mədəniyyət Nazirliyi və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilib.

presstvaz “Report”a istinadla xəbər verir ki, açılışda çıxış edən mədəniyyət naziri Adil Kərimli MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunduğunu bildirib.

Onun sözlərinə görə, Laçın şəhərinin “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi şəhərin mədəni dirçəlişi və beynəlxalq əməkdaşlıq sisteminə fəal inteqrasiyası üçün mühüm təkan olacaq.

“2020-ci ildə ərazilərimizin işğaldan azad olunmasından sonra, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Azad olunmuş ərazilərin bərpa konsepsiyası yalnız infrastrukturun və abidələrin fiziki yenidən qurulmasını deyil, həm də mədəni həyatın dirçəlişini nəzərdə tutur”, – deyə A.Kərimli diqqətə çatdırıb.

MDB Baş katibinin müavini Nurlan Seytimov bu gün Laçında keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. O bildirib ki, Laçının “MDB-nin mədəniyyət paytaxtı” elan olunması təkcə Azərbaycan üçün deyil, bütün region üçün mühüm hadisədir. Bu təşəbbüs mədəni əməkdaşlığın genişlənməsinə, həmçinin azad edilmiş ərazilərin dirçəlişinə töhfə verəcək.

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, bu proqramın həyata keçirilməsi böyük sevinc doğurur:

“Mənə elə gəlir ki, bu proqram çox düzgün şəkildə və məqsədəuyğun olaraq icra olunur”.

Çıxışlardan sonra Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy tərəfindən Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədova “Birliyin mədəniyyət paytaxtı” sertifikatı təqdim edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv