Ağ Evdə Trampın portreti yeniləndi – ABŞ bayrağı ilə bağlı diqqətçəkən məqam

Ağ Evdə Trampın portreti yeniləndi – ABŞ bayrağı ilə bağlı diqqətçəkən məqam






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Donald Tramp, #Melaniya Tramp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Trampın yenilənmiş rəsmi portreti Ağ Ev tərəfindən ictimaiyyətə təqdim olunub.

presstvaz xəbər verir ki, bu barədə məlumat Ağ Evin “X” sosial şəbəkə platformasından paylaşılıb.

“Yeni rəsmi portret az əvvəl yayımlandı,” – deyə paylaşımda qeyd edilib.

Portretdə Donald Tramp qara fonda təsvir olunub. Təsvirdə ən diqqətçəkən məqam əvvəlki rəsmi şəkillərdən fərqli olaraq, arxa planda ABŞ bayrağının yer almamasıdır.

Qeyd edək ki, Trampın inaqurasiya mərasimində təqdim olunan portretində arxa planda ABŞ bayrağı var idi.

Bundan başqa, prezidentin qalstuk rəngi də mavi əvəzinə qırmızı rənglə əvəz olunub.

Yenilənmiş portret artıq Ağ Evin rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin və birinci xanım Melaniya Trampın rəsmi portretlərində hər hansı dəyişiklik edilməyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv