Robotlara “dəri” hazırlandı: Artıq insanlar kimi istini və təzyiqi hiss edə biləcəklər

Robotlara “dəri” hazırlandı: Artıq insanlar kimi istini və təzyiqi hiss edə biləcəklər






presstv

"Presstv"az #Honkonq, #qızdırma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gələcəyin robotları insana daha çox bənzəyir – xüsusilə də toxunma hissi baxımından. Honkonq Elm və Texnologiya Universitetinin mühəndisləri F3T adlı yeni bir sensor yaradaraq robotların istilik və təzyiqi bir-birindən ayırd edə bilməsini təmin ediblər.

presstvaz xəbər verir ki, bu barədə “Engineering” portalında məlumat verilib.

Bildirilir ki, bu texnologiya robotların insana xas toxunma həssaslığına yaxınlaşmasında mühüm addım sayılır.

Adətən insan dərisi istiliklə təzyiqi asanlıqla fərqləndirə bilir. Robotlar üçün isə bu, hələ də ciddi çətinlikdir. Mövcud süni sensorlar çox zaman bu iki siqnalı bir-birindən ayırd edə bilmir. Bu da robotların zərif və dəqiq hərəkətlərini çətinləşdirir. Məsələn, isti bir obyekti sadəcə sıxmaqla qızdırmaq arasında fərqi anlamırlar.

Yeni F3T sensoru bu problemi çoxqatlı quruluşu ilə həll edir. Hər bir qatın öz funksiyası var: biri yalnız istiliyi hiss edir, digəri şaquli təzyiqi, üçüncüsü isə təzyiqin istiqamətini müəyyənləşdirir. Son qat isə bu məlumatları analiz edir. Qatlar arasında yerləşdirilmiş silikon təbəqə həm amortizasiya rolunu oynayır, həm də onları birləşdirir. Bu, insan dərisinin altındakı piy qatına bənzər bir mexanizmdir.

Laboratoriya testləri zamanı F3T yüksək dəqiqliklə işlədiyini sübut edib: güclü təzyiq altında belə temperaturu ölçə bilir, təzyiqin istiqamətini ayırd edir və şərait dəyişən kimi dərhal reaksiya verir. Belə sensorlarla təchiz olunmuş robotlar daha dəqiq işləyir, kənar təsirlərə qarşı dözümlü olur və əşyaları daha etibarlı şəkildə tutur.

Alimlər bildirirlər ki, bu texnologiya gələcəkdə cərrahiyyə əməliyyatlarında robotların toxuma temperaturunu və təzyiqini hiss etmək üçün, eləcə də protezlərdə istifadəçinin real toxunma hissinə yaxın təcrübə yaşaması üçün tətbiq edilə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv