İndoneziya stereotipləri qırır: İşləmək üçün yaş məhdudiyyətləri götürüldü

İndoneziya stereotipləri qırır: İşləmək üçün yaş məhdudiyyətləri götürüldü






presstv

"Presstv"az #İndoneziya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İndoneziya hökuməti işə qəbul prosesində yaşa görə məhdudiyyətlərin tətbiqini rəsmi olaraq qadağan edib. Yeni qanun ölkə vətəndaşlarına yaşından asılı olmayaraq bərabər hüquqların təmin olunmasına və əmək bazarında diskriminasiya hallarının qarşısının alınmasına xidmət edir.

presstvaz xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Qanuna əsasən, işəgötürənlərin vakansiyalarında yaş tələbi irəli sürməsi artıq qanun pozuntusu hesab ediləcək və belə hallara yol verən müəssisələrə cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, İndoneziyada indiyədək bir çox şirkət 45 yaşdan yuxarı namizədləri qəbul etməkdən imtina edir, bəzən isə müəyyən “optimal yaş həddinə” çatmamış gəncləri namizəd kimi nəzərə almırdı.

Rəsmi dairələrin fikrincə, bu addım ölkə əhalisinin iqtisadi aktivliyini artırmalı və xüsusilə həssas qruplar arasında işsizlik səviyyəsini azaltmalıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv