Hərəkətin təşkili faciəyə səbəb ola bilər: Təhlükə yaradan kəsişmə

Hərəkətin təşkili faciəyə səbəb ola bilər: Təhlükə yaradan kəsişmə






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Heydər Əliyev, #Nəqliyyat, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Necə olmalıdır?” rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Heydər Əliyev prospekti ilə Davud Aslan küçəsinin kəsişməsindəki problemdən bəhs olunub.

Bildirilib ki, həmin ərazidə tuneldən çıxaraq sağa – Davud Aslan küçəsi istiqamətinə dönmək istəyən sürücülər təhlükə ilə üzləşirlər. Belə ki, bu istiqamətdə hərəkət edənlər sağdan gələn nəqliyyat vasitələrini görmürlər.

Eyni zamanda, sağ tərəfdəki “Stop” xəttinin tələbinə uyğun şəkildə dayanıb gözləyən sürücülər də soldan gələn avtomobilləri görməkdə çətinlik çəkirlər. Hərəkətin bu cür təşkil olunması qəza riskini artırır.

Qeyd olunub ki, ərazidə güzgü olsa da, ondan effektiv istifadə etmək mümkün deyil. Aradakı divar görüntünü məhdudlaşdırır və nəticədə həm sağdan, həm də soldan gələn avtomobilləri yalnız son anda görmək olur.

Ətraflı Baku TV-nin süjetində:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv