Pekin Vaşinqtonu razılaşmanı pozmaqda ittiham etdi

Pekin Vaşinqtonu razılaşmanı pozmaqda ittiham etdi






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Çin, #Çin Xalq Respublikası, #Donald Tramp, #Hakim, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çin Xalq Respublikasının hakimiyyət orqanları ABŞ-nin addımlarının, o cümlədən çiplərin ixracına nəzarət üzrə yeni qaydalar və tələbə vizalarının ləğvi ilə bağlı hədələrin Vaşinqton və Pekin arasında əldə olunmuş razılaşmaları pozduğu və Çinin maraqlarına xələl gətirdiyi qənaətindədir.

presstvaz-ın “Associated Press” agentliyinə istinadən xəbərinə görə, bu barədə Çin Ticarət Nazirliyinin bəyanatında bildirilib.

“ABŞ birtərəfli qaydada yeni iqtisadi və ticarət mübahisələrinə səbəb olub və bununla da ikitərəfli iqtisadi və ticarət əlaqələrinin qeyri-müəyyənliyini və qeyri-sabitliyini dərinləşdirib”, – deyə nazirlikdən qeyd edilib.

“Bu hərəkətlər keçən ay Cenevrədə keçirilən görüşdə əldə olunmuş konsensusa ciddi şəkildə ziddir”, – deyə sənəddə bildirilib.

Ticarət Nazirliyi bəyan edib ki, Çin müqavilənin üzərinə düşən hissəsini yerinə yetirib, ABŞ isə müqavilələri pozub. Bəyanatda vurğulanır ki, öhdəliklərin yerinə yetirilməməsi halında Çin hakimiyyəti “qətiyyətli tədbirlər” görə bilər.

Xatırladaq ki, mayın 12-də Cenevrədə Pekin və Vaşinqton nümayəndə heyətləri arasında iqtisadi və ticarət danışıqları keçirilib. Nəticələr həm Çin Dövlət Şurası, həm də Ağ Ev tərəfindən yüksək qiymətləndirilib.

“Associated Press”in məlumatına görə, görüşdən sonra ABŞ Donald Trampın may ayında tətbiq etdiyi 145%-lik rüsumları 30%-ə endirməyə razılaşıb. Buna cavab olaraq Çin tərəfi ABŞ mallarına tətbiq edilən rüsumları 125%-dən 10%-ə endirəcəyini vəd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv