Rusiyada 24 saat ərzində iki körpü uçub: Ölənlər və yaralananlar var

Rusiyada 24 saat ərzində iki körpü uçub: Ölənlər və yaralananlar var






presstv

"Presstv"az #Bakı, #Bryansk, #Hadisə, #Kursk, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İyunun 1-də Moskva vaxtı ilə saat 02:21-də (Bakı vaxtı ilə 03:21-də – red.) Rusiyanın Kursk vilayətində körpü uçub.

presstvaz-ın xəbərinə görə, bu barədə “Rusiya Dəmir Yolları”nın Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində yalnız bir nəfər – maşinist xəsarət alıb:

“Yük qatarının üç boş vaqonu və teplovoz körpünün uçması səbəbindən relsdən çıxıb. Hadisə zamanı lokomotivin bir hissəsi yanıb, yanğın qısa zamanda söndürülüb”.

Bu, Rusiyada 24 saat ərzində ikinci körpü uçması hadisəsidir. Oxşar hadisə mayın 31-də axşam saatlarında Bryansk vilayətində baş verib.

Bryansk vilayətində hadisə nəticəsində sərnişin qatarı relsdən çıxıb və nəticədə yeddi nəfər ölüb, 69 nəfər yaralanıb.

Bryanskın qubernatoru Aleksandr Boqomaz qatar hərəkətdə olarkəm körpünün partladıldığını bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv