Pişiklərin öz sahiblərini tanımağa imkan verən “radar”ı aşkar olunub

Pişiklərin öz sahiblərini tanımağa imkan verən “radar”ı aşkar olunub






presstv

"Presstv"az #Pişiklər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ev pişikləri sahiblərini təkcə görkəmindən deyil, xüsusi bir qoxu “radarı” ilə də tanıya bilirlər. Alimlərin fikrincə, pişiklər bunun üçün burunlarının hər iki dəliyindən fərqli şəkildə istifadə edirlər.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə “PLOS One” jurnalında dərc edilmiş tədqiqatda deyilir.

Tədqiqat zamanı pişiklərə tanıdıqları və tanımadıqları insanlardan götürülmüş qoxular təqdim edilib.

Nəticələr göstərib ki, pişiklər tanımadıqları insanların qoxusunu daha uzun müddət iyləyir, sahiblərinin qoxusunu isə dərhal tanıyaraq maraqlarını itirirlər. Bu, onların qoxu yaddaşının güclü olduğunu sübut edir.

Ən maraqlısı isə budur ki, pişiklər tanış qoxuları sol burun dəliyi, yad qoxuları isə sağ dəliklə iyləyirlər. Alimlər bunu pişik beyninin məlumatı fərqli yarımkürələrdə emal etməsi ilə izah edirlər.

Mütəxəssislərin sözlərinə görə, qoxu pişiklər üçün sosial əlaqə qurmaq, təhlükəni ayırd etmək və özlərini təhlükəsizlikdə hiss etmək üçün əsas vasitədir. Ona görə də sahiblərinin qoxusu onlar üçün təhlükəsizlik və rahatlıq mənbəyidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv