Tbilisidə FARA modeli: Xaricdən maliyyələşməyə qarşı sərt qanun işə düşdü

Tbilisidə FARA modeli: Xaricdən maliyyələşməyə qarşı sərt qanun işə düşdü






presstv

"Presstv"az #ABŞ, #Gürcüstan, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gürcüstanda ABŞ-nin FARA qanununa tam uyğun olan “Xarici agentlərin qeydiyyatı haqqında” qanun qüvvəyə minib.

presstvaz-ın məlumatına görə, bu barədə Gürcüstanın “Qanunvericilik bülleteni”ndə xəbər verilib.

Ötən il kütləvi etirazlar fonunda qəbul edilmiş “Xarici təsirin şəffaflığı haqqında” qanundan fərqli olaraq, yeni qanun xarici maraqlara xidmət edən, xaricdən maliyyələşən fiziki və hüquqi şəxslərin “xarici agent” kimi qeydiyyatını tələb edir və bu statusu bildirməyənlər üçün beş ilə qədər həbs cəzası nəzərdə tutur.

Qanuna nəzarəti Gürcüstanın Korrupsiyaya qarşı Mübarizə Bürosu həyata keçirəcək.

Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası bildirir ki, bu qanun xaricdən maliyyələşən və ölkədə sabitliyi pozmağa çalışan təşkilatlara qarşı mübarizəni gücləndirmək məqsədi daşıyır.

Qeyd edək ki, qanun 1 aprel tarixində parlament tərəfindən üçüncü və son oxunuşda qəbul edilib və 60 gün sonra qüvvəyə minib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv