Paşinyan deputatlarla görüşdən qaçır

Paşinyan deputatlarla görüşdən qaçır






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ermənistanın Baş naziri Nikol Paşinyan artıq müəyyən müddətdir ki, müxtəlif bəhanələrlə parlamentdə öz fraksiyasından olan deputatlarla görüşü təxirə salır”.

presstvaz   qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Joxovurd” qəzeti yayıb.

Qəzet yazır ki, “Vətəndaş müqaviləsi” partiyasının deputatları aprelin 5-də Brüsseldə keçirilən görüşdən sonra Paşinyanın parlamentə gələrək onları narahat edən suallara cavab verəcəyini gözləyiblər: “Lakin baş nazir hər dəfə məşğul olduğunu bildirərək görüşdən qaçır. Məsələ o yerə çatıb ki, deputatlar fraksiyanın rəhbəri Ayk Koncoryana müraciət edərək ondan Paşinyanla görüş təşkil etməyi istəyiblər. Koncoryan isə cavabında Paşinyanın məşğul olduğunu, lakin yaxın zamanlarda görüşə gələcəyini bildirib”.

Xatırladaq ki, aprelin 5-i Brüsseldə N.Paşinyan, ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen arasında üçtərəfli görüş keçirilib. Görüş zamanı bildirilib ki, Avropa İttifaqı Ermənistanın inkişafına 270 milyon avro, ABŞ isə 65 milyon dollardan çox vəsait ayıracaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv