Bakı Enerji Həftəsində neft-qaz hasilatı və kəşfiyyatı ilə bağlı vacib sənədlər imzalanacaq

Bakı Enerji Həftəsində neft-qaz hasilatı və kəşfiyyatı ilə bağlı vacib sənədlər imzalanacaq






presstv

"Presstv"az #(SOCAR), #Azərbaycan, #Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), #Bakı, #COP29, #Mətbuat konfransı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Enerji Həftəsində neft-qaz hasilatı və kəşfiyyatı ilə bağlı vacib sənədlər imzalanacaq.

presstvaz xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Orxan Hüseynov Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında bildirib.

“Bildiyiniz kimi, bu artıq xoş bir ənənəyə çevrilib ki, biz Bakı Enerji Həftəsi çərçivəsində müəyyən sənədlər imzalayırıq və bu ənənə bu il də davam edəcək. Bir sıra sahələr ilə bağlı bir neçə vacib sənədlərin imzalanması gözlənilir. Bir neçə gün sonra artıq bu sənədlərlə bağlı sizdə də ətraflı məlumat olacaq”, – Orxan Hüseynov qeyd edib.

Onun sözlərinə görə, Enerji Həftəsində həm də COP29-da SOCAR-ın imzaladığı sənədlər barədə ətraflı məlumatlar veriləcək:

“Həmçinin stendlərin içində “İnfinity room” deyilən bir hissə olacaq, hansındakı led ekranlarla biz bütün vacib layihələrimizlə və fəaliyyət istiqamətlərimizlə bağlı ictimaiyyətə məlumat verəcəyik. Əlavə olaraq, forum çərçivəsində ənənəvi olaraq biz panellərin əksəriyyətində həm moderator, həm çıxışçılar qismində çıxış edəcəyik. Burada liderlərin çıxışları olacaq, SOCAR-ın rəhbər şəxsləri iştirak edəcəklər”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv