Araz Musayevin Türkiyədə bıçaqlanmasının ANBAAN GÖRÜNTÜLƏRİ

Araz Musayevin Türkiyədə bıçaqlanmasının ANBAAN GÖRÜNTÜLƏRİ






presstv

"Presstv"az #Azərbaycan, #Bıçaqlanma hadisəsi, #Hadisə, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevin Türkiyədə bıçaqlanmasının təfərrüatı məlum olub.

presstvaz-ın məlumatına görə, hadisə Türkiyənin Antalya şəhərində baş verib. Türkiyənin Antalya şəhərində keçirilən İFMA dünya çempionatına Azərbaycandan 14 nəfərlik heyət qatılıb.

Muay Tay Federasiyasının prezidenti Araz Musayev isə heyətə başçılıq edib.

Dünən keçirilən görüşdə Azərbaycan yığma komandasının üzvü yarımfinala yüksəlib. Bu gün günorta saatlarında keçirilən yarışda Araz Musayevlə türkiyəli idmançı arasında mübahisə yaranıb. Arenada yaranmış mübahisə çempionatın təşkilatçıları tərəfindən yatırılıb və turnir davam edib. Nahar fasiləsində türkiyəli nümayəndə heyətinin rəhbəri ilə Araz Musayev mübahisə edib və onlar arenanın binasından kənara çıxıb, küçədə yenidən dalaşmağa başlayıblar.

Hadisə nəticəsində Araz Musayev kürək nahiyəsindən bıçaqlanıb. O, təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Araz Musayevin səhhəti stabil ağır qiymətləndirilir.

17:13

Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb.

presstvaz xəbər verir ki, hadisə Türkiyənin Antalya bölgəsində baş verib. Bununla bağlı yayılan videoda A.Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür.

Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

Qeyd edək ki, Araz Musayev Antalyada Kəmər Dövlət Xəstəxanasına yerləşdirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv