Gürcüstanın yeni daxili işlər naziri təyin edildi

Gürcüstanın yeni daxili işlər naziri təyin edildi






presstv

"Presstv"az #Ailə, #Ədliyyə Nazirliyi, #Gürcüstan, #İrakli Kobaxidze, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər müavini Gela Geladze daxili işlər naziri vəzifəsinə təyin olunub. presstvaz-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə çıxışı zamanı məlumat verib.

“Bildirmək istəyirəm ki, bu gün (28 may – red.) Gela Geladze Gürcüstanın daxili işlər naziri vəzifəsinə təyin edilib. Cənab Geladze yüksək kvalifikasiyaya malik hüquqşünasdır. Onun Daxili İşlər Nazirliyində uzunillik təcrübəsi var. Bundan əlavə, o, uzun illər ərzində Gürcüstanın Prokurorluğunda, Xüsusi Dövlət Mühafizə Xidmətində, Ədliyyə Nazirliyində, Cəza və Probasiya Nazirliyində çalışıb”, – deyə Kobaxidze bildirib.

10:29

Gürcüstan baş nazirinin müavini və daxili işlər naziri Vaxtanq Qomelauri istefa verdiyini açıqlayıb.

Bu barədə presstvaz TASS-a istinadən xəbər verir.

“Mən 10 ildən artıq müddətdə Gürcüstanın daxili işlər naziri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri və baş nazirin müavini vəzifələrində çalışmışam. Təbii ki, bu illər ərzində ən yüksək dövlət postlarını tutmaq çox əmək və böyük enerji tələb edir. Bu gün ölkədə vəziyyətin sakit olduğu bir vaxtda bu vəzifəni tərk etməyə qərar verdim və komandamdan xahiş etdim ki, ailəmə – həyat yoldaşıma, övladlarıma və yeni doğulmuş nəvəmə daha çox vaxt ayırmağım üçün mənə imkan versinlər”, – deyə Qomelauri bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv