Laçında Azərbaycan Prezidentinin Pakistanın baş naziri ilə məhdud tərkibdə görüşü olub

Laçında Azərbaycan Prezidentinin Pakistanın baş naziri ilə məhdud tərkibdə görüşü olub






presstv

"Presstv"az #Azərbaycan, #Hindistan, #İlham Əliyev, #Məhəmməd Şahbaz Şərif, #Pakistan, #Rəcəb Tayyib Ərdoğan, #Təbrik, #Təhsil, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mayın 27-də Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşü keçirilib.

presstvaz    xəbər verir ki, Qarabağa və Şərqi Zəngəzura səfərindən məmnunluğunu bildirən Məhəmməd Şahbaz Şərif bu səfərin Pakistanın “Qarabağ Azərbaycandır!” mövqeyinin növbəti təsdiqinin ifadəsi olduğunu vurğulayıb.

Qonaq Azərbaycanın qarşıdan gələn Müstəqillik Günü münasibətilə dövlətimizin başçısını təbrik edib. Eyni zamanda, Pakistanın Baş naziri Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçında və ətraf ərazilərdə qısa müddət ərzində həyata keçirilən bərpa və quruculuq işlərinin böyük təəssürat doğurduğunu deyərək, bu münasibətlə də dövlətimizin başçısına və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərini çatdırıb. Baş nazir bu ərazilərin təbiətinin gözəlliyinə toxunaraq, buranın gələcəkdə möhtəşəm, cəlbedici turizm məkanlarından birinə çevriləcəyini qeyd edib.

Dövlətimizin başçısı bu ərazilərin 30 il ərzində işğal altında olduğunu xatırladaraq, Laçının 1992-ci ildə Azərbaycanın ilk işğal edilən rayonlarından biri olduğunu deyib. Prezident İlham Əliyev işğal zamanı Laçının ermənilər tərəfindən darmadağın edildiyini, işğal olunmuş digər ərazilərin dinc sakinləri kimi, Laçın sakinlərinin də etnik təmizləməyə məruz qaldıqlarını vurğulayıb. Dövlətimizin başçısı indi Laçında bərpa və quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb.

Məhəmməd Şahbaz Şərif Cənubi Asiya regionunda Hindistan ilə Pakistan arasında atəşkəsin əldə edildiyini bildirib, Pakistanın regionda sülhün və sabitliyin bərqərar olmasında maraqlı olduğunu deyib.

Dövlətimizin başçısı da regionda sülhün və atəşkəsin əldə olunmasından məmnunluğunu bildirərək, bütün məsələlərin dialoq yolu ilə həllinin Azərbaycan tərəfindən dəstəkləndiyini vurğulayıb.

Görüşdə Azərbaycanla Pakistan arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, həmçinin elm, təhsil və yüksək texnologiyalar, tələbə mübadiləsi sahələrində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Söhbət əsnasında məmnunluqla qeyd olunub ki, Azərbaycanla Pakistan arasında bu ikitərəfli görüşdən sonra mayın 28-də Laçında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatında da görüş keçiriləcək. Bildirildi ki, bu görüş ölkələrimiz arasında qardaşlığın və dostluğun növbəti bariz təzahürü olacaq.

18:09

Mayın 27-də Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşü keçirilib.

presstvaz bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

17:47

Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşü keçirilir.

presstvaz bu barədə AZƏRTAC-a istinadən xəbər verir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv