Bu il Məhərrəm ayı nə vaxt başlayır?

Bu il Məhərrəm ayı nə vaxt başlayır?






presstv

"Presstv"az #Azərbaycan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda 2025-ci ildə Məhərrəm ayı iyunun 26-da başlayacaq.

Bu barədə presstvaz Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) rəsmi təqviminə istinadən xəbər verir.

İslam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur.

Məhərrəm ayının ən önəmli günü hesab edilən Aşura günü isə iyulun 5-nə təsadüf edəcək. Həmin gün hicri təqvimi ilə 10 Məhərrəm – İmam Hüseynin (ə) Kərbəla çölündə şəhadətə çatdığı gündür və bütün müsəlman aləmində matəm və hüzn içində yad edilir.

Qeyd edək ki, 2025-ci ildə Məhərrəm ayı iyulun 25-də başa çatacaq. Bu müddət ərzində bir çox bölgələrdə dini mərasimlər, ehsanlar, maarifləndirici moizələr və anım tədbirləri təşkil edilir. Əksər məscidlərdə isə Kərbəla şəhidləri ilə bağlı dualar oxunur, İmam Hüseynin fədakarlığı və ədalət uğrunda apardığı mübarizədən bəhs edilir.

Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən Məhərrəm ayı müddətində dini mərasimlərin dini-etnik harmoniyaya uyğun, qanunvericilik çərçivəsində və ictimai asayişi pozmadan keçirilməsi tövsiyə olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv