Türkiyə minifutbol yığmasının baş məşqçisi: “Dünya çempionatının favoriti Azərbaycan millisidir”

Türkiyə minifutbol yığmasının baş məşqçisi: “Dünya çempionatının favoriti Azərbaycan millisidir”






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Futbol, #İngiltərə, #Minifutbol, #Serbiya, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə minifutbol yığmasının baş məşqçisi Durul Tuğ Azərbaycan millisini Bakıda keçirilən dünya çempionatının əsas favoriti hesab edir.

presstvaz xəbər verir ki, bu barədə mütəxəssis “Report”a açıqlamasında bildirib.

“Məncə, dünya çempionatının əsas favoriti Azərbaycan yığmasıdır. Bunu türk olduğum üçün demirəm. Bu azarkeşlər və komanda, məncə, çempion olmağa layiqdir. Digər favoritlər Serbiya və Rumıniya ola bilər”, – deyə D.Tuğ vurğulayıb.

Mütəxəssis təşkilatçılığa çox ciddi yanaşıldığını söyləyib:

“Azərbaycanda dünya çempionatının təşkilatçılığı olduqca uğurludur. Çox ciddi yanaşılıb və dəyər verilib. Yarışda mübarizə aparan 32 komandanın hər biri özlərini dəyərli hiss edir. Bu, Azərbaycanda keçirilən dünya çempionatı üçün söyləyə biləcəyim ən gözəl sözlərdir”.

O, komandasının çıxışını dəyərləndirib:

“Daha yaxşı oynaya bilərdik. Yeni komandayıq, daha yaxşı olmaq üçün çox çalışacağıq. Çatışmazlıqlarımız var. Bizim üçün çox böyük təcrübə oldu”.

Qeyd edək ki, Türkiyə yığması dünya çempionatının qrup mərhələsinin sonuncu – III turunda İngiltərəyə 0:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv