Azərbaycan XİN Nikol Paşinyana cavab verdi

Azərbaycan XİN Nikol Paşinyana cavab verdi






presstv

"Presstv"az #Ayxan Hacızadə, #Azərbaycan, #Ermənistan, #İrəvan, #Münaqişə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“26 may 2025-ci il tarixində Ermənistan baş nazirinin İrəvan Dialoqu zamanı təkrarladığı mövqe, Ermənistanın ərazi iddialarını aradan qaldırmaq üçün konstitusiyasında dəyişiklik etməyə və sülh prosesindəki mövcud problemlərin həllinə hazır olmadığını nümayiş etdirməklə yanaşı, İrəvanın sülhə sadiqliyi ilə bağlı suallar doğurur”.

presstvaz xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan baş nazirinin İrəvan Dialoqu zamanı söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

“Bundan əlavə, Minsk qrupunun rəsmi olaraq ləğvi barədə çağırışları heçə sayaraq, bunun sülh müqaviləsi ilə əlaqələndirilməsi, Ermənistanın regionun reallıqlarına artıq uyğun olmayan bu köhnəlmiş mexanizmi nə üçün bütün üsullarla saxlamağa çalışdığı ilə bağlı suallar yaradır. Minsk qrupunun fəaliyyət sahəsi olan münaqişə həll olunduğuna görə, Azərbaycan haqlı olaraq bu qrupun ləğvini tələb edir. Bu addımın təxirə salınması Ermənistanın niyyətləri barədə şübhələri artırır.

Azərbaycan və Ermənistan arasındakı münaqişə Azərbaycan ərazilərinin Ermənistanın 30 illik işğalından azad edilməsi ilə başa çatdığına baxmayaraq, Minsk qrupunun buraxılmasının “Azərbaycan-Ermənistan münaqişəsini Azərbaycan ərazisində bağlamaq və onu Ermənistanın suveren ərazisinə keçirmək” məqsədi daşıdığı iddiası tamamilə manipulyasiyadır. Ermənistan belə bir mövqe ilə münaqişənin bitmədiyinə və Minsk qrupunun saxlanılmalı olduğuna işarə edir.

Ermənistan baş nazirinin Qərbi Azərbaycan barədə fikirləri faktların təhrif edilməsi və demək olar ki, Ermənistan əhalisinin əksəriyyətini təşkil etmiş azərbaycanlıların ayrılmaz hüquqlarının açıq şəkildə inkar edilməsidir. Qərbi Azərbaycan İcmasına dair istinadlar ərazi iddiaları kimi qəbul edilməməlidir. Qərbi Azərbaycan məsələsi insan hüquqları mövzusudur və Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış azərbaycanlıların sülh, təhlükəsizlik və ləyaqətli şəkildə geri qayıtmasını təmin etmək məqsədi daşıyır”, – deyə XİN rəsmisi vurğulayıb.

Ayxan Hacızadə qeyd edib ki, kommunikasiya marşrutlarının açılması məsələsinə gəldikdə, Azərbaycanın maneəsiz tranzit barədə mövqeyi regional əməkdaşlıq və iqtisadi inteqrasiya ilə uyğundur və heç bir şəkildə Ermənistanın suverenliyinə hörmətsizlik kimi qiymətləndirilə bilməz: “Ermənistanın müqaviməti və mürəkkəb tranzit marşrutları təklif etməsi irəliləyişi ləngidir və regional əməkdaşlığın əhəmiyyəti haqqında bəyanatlara ziddir.

Davamlı sülhə nail olmaq üçün, Ermənistan öz konstitusiyasında ərazi iddialarını aradan qaldırmaqla müvafiq dəyişiklik etməli və Minsk qrupunun heç bir şərt olmadan buraxılmasını dəstəkləməlidir. Azərbaycanın şərtləri maneələr deyil, regional sülh və sabitliyi təmin etmək üçün legitim addımlardır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv