Maliyyə İnvestisiya Forumu uğurla yekunlaşıb

Maliyyə İnvestisiya Forumu uğurla yekunlaşıb






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Bakı Fond Birjası, #Maliyyə Nazirliyi, #Məcburi köçkün

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ölkənin ən böyük maliyyə tədbirlərindən biri olan Maliyyə İnvestisiya Forumu bu il “İnvestor olmaq asandır” konsept mesajı ilə 23 may tarixində Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA) və “Facemark” şirkətinin birgə təşkilatçılığı ilə yekunlaşıb.

Tədbirin keçirilməsində məqsəd yerli maliyyə bazarının beynəlxalq təcrübəyə uyğunlaşdırılması və investorlar üçün daha əlverişli mühitin formalaşdırılmasıdır. Bu təşəbbüs, həm vətəndaşların maliyyə biliklərinin artırılmasına, həm də investisiya imkanlarının genişləndirilməsinə xidmət edir.

Tədbir Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin və Admedia şirkətinin təşkilati dəstəyi, “CFİ Financial” İnvestisiya Şirkətinin baş sponsorluğu, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tədbirin partynorluğu, “PAŞA Kapital” İnvestisiya Şirkəti, “İnvest-AZ” və “Assist Finance” İnvestisiya şirkətlərinin sponsorluğu, eyni zamanda, Bakı Fond Birjası və “ABB-İnvest” İnvestisiya Şirkətinin dəstəyilə keçirilib.

Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə rəsmi olaraq açıq elan edilib. Açılış mərasimində çıxış edən Azərbaycan Mərkəzi Bankının direktoru Tərlan Rəsulov, Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mürsəqulov və Azərbaycan Kapital Bazarları Assosiasiyasının (AKBA) Direktorlar Şurasının sədri Orxan Bağırov iştirakçıları salamlayaraq forumun əhəmiyyəti və məqsədləri barədə fikirlərini bölüşüblər.

Dövlət qurumlarının nümayəndələri, aparıcı maliyyə institutları, banklar, investisiya şirkətləri, fond birjası, sahibkarlar və media təmsilçiləri iştirak edərək geniş fikir mübadiləsi aparıblar

Tədbir çərçivəsində “İnvestisiyanın gücü” və “Uğurlu investisiya qərarları” mövzularında iki panel müzakirəsi keçirilib. Bununla yanaşı, müxtəlif aktual mövzulara dair faydalı çıxışlar da təqdim olunub. Kapital bazarlarının inkişafı, şirkətlərin IPO vasitəsilə maliyyələşmə imkanları, yeni texnologiyaların və rəqəmsallaşmanın investisiya sektoruna təsiri kimi aktual mövzular müzakirə olunub. İnvestorlar üçün şəffaflığın və hesabatlılığın əhəmiyyəti, risklərin idarə olunması və qlobal maliyyə bazarlarına çıxış imkanları tədbirin əsas müzakirə mövzuları sırasında yer alıb.

Tədbirin sonunda lototron üsulu ilə müsabiqə təşkil olunub və iştirakçılar sponsorlar tərəfindən təqdim olunan dəyərli hədiyyələr qazanıblar. Eyni zamanda, forum iştirakçılarına sertifikatlar təqdim edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv