Dəhşətli hadisə: İki böyrəyindən 300-dən çox daş çıxarıldı

Dəhşətli hadisə: İki böyrəyindən 300-dən çox daş çıxarıldı






presstv

"Presstv"az #Avto, #Hadisə, #Həkim, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qars şəhərində həyata keçirilən unikal tibbi əməliyyat zamanı bir xəstənin hər iki böyrəyindən ümumilikdə 300-dən çox daş çıxarılıb. Uroloqlar bu sayda daşın bir xəstədə eyni anda rast gəlinməsini nadir hal kimi qiymətləndiriblər.

presstvaz xəbər verir ki, şəhər mərkəzində yerləşən Yenişehir Məhəlləsində yaşayan avtomobil elektrik ustası Ahmet Yarba, şiddətli böyrək ağrısı ilə xəstəxanaya müraciət edib. Qars Universiteti Tibb Fakültəsi Urologiya şöbəsində çalışan Dr. Mehmet Ezer tərəfindən aparılan müayinələr nəticəsində, Yarbanın hər iki böyrəyində çoxlu sayda daş aşkarlanıb.

Əməliyyat zamanı yüzlərlə daş çıxarıldı

Cərrahiyyə müdaxiləsi zamanı fərqli ölçülərdə 300-dən çox böyrək daşı çıxarılıb. Dr. Mehmet Ezer bildirdi ki, "Adətən daşları daha iri və tək-tək görürük. Lakin bu dəfə çoxsaylı və müxtəlif ölçülü daşlarla qarşılaşdıq. Bəzilərini parçalayıb çıxardıq, digərlərini isə bir-bir toplamaq məcburiyyətində qaldıq".

Xəstə daşları "yadigar" kimi evinə apardı

Əməliyyatdan sonra böyrəyindən çıxan daşları görəndə təəccüblənən Ahmet Yarba, "Bunlar mənim yadigarım olacaq" deyərək daşları evinə apardığını söylədi. Yarba əlavə edib: "Sadəcə bir daş üçün gəlmişdim, amma bu qədər çox olduğunu bilmirdim. Allaha şükürlər olsun, sağlığıma qovuşdum".

Səbəb: su çatışmazlığı və çay istehlakı

Dr. Ezer qeyd edib ki, bu qədər daşın yaranmasında genetik meyl və düzgün olmayan qidalanma vərdişləri rol oynayıb:

"Xəstələrimizdə su istehlakı adətən az olur. Bunun əvəzinə çoxlu çay və duzlu içkilər qəbul edirlər. Bu isə daşların əmələ gəlməsinə səbəb olur. Əgər erkən mərhələdə aşkar olunsa, bu cür ağır vəziyyətlərin qarşısını almaq mümkündür".

Böyrək daşları ciddi nəticələr doğura bilər

Həkimin sözlərinə görə, böyrək daşları vaxtında müalicə edilmədikdə böyrək funksiyalarının pozulmasına və hətta dializ ehtiyacına səbəb ola bilər. O bildirib ki, Türkiyədə dializ alan xəstələrin əhəmiyyətli hissəsi məhz bu səbəbdən böyrəklərini itirib.

"Bu əməliyyat bizim üçün də böyük təcrübə oldu"

Əməliyyatda iştirak edən tibbi heyət üçün bu nadir hal həm də peşəkar təcrübə baxımından unikal hadisə olub:

"Əvvəlcə bir böyrəyi əməliyyat etdik, sonra bir qədər zaman keçdikdən sonra digərini. İkinci əməliyyatda 5 sm ölçüsündə daş yığını ilə qarşılaşdıq. Proses 4 saata qədər davam etdi. Kiçik daşları bir-bir toplamaq çox zəhmətli idi. Amma bu da bizim üçün böyük bir öyrənmə imkanına çevrildi"./E-saglam.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv