Azərbaycanda bu xəstəliyə tutulanların sayı artıb

Azərbaycanda bu xəstəliyə tutulanların sayı artıb






presstv

"Presstv"az #Avropa, #Dövlət Statistika Komitəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün – 25 may Ümumdünya Qalxanabənzər Vəzi Günüdür.

presstvaz xəbər verir ki, 2009-cu ildən etibarən mayın 25-i Ümumdünya Qalxanabənzər Vəzi Günü kimi qeyd edilir.

Bu gün qalxanabənzər vəzi və onun problemlərini öyrənən Avropa Tireoid Assosiasiyasının təşəbbüsü ilə 2009-cu ildə təsis olunub. Ölkəmizdə isə Ümumdünya Qalxanabənzər Vəzi Günü 2013-cü ildən qeyd edilir. Onun qeyd olunmasında məqsəd alimlərin, tibb işçilərinin, ictimaiyyətin diqqətini qalxanabənzər vəzinin problemlərinə cəlb etməkdir.

Tibbi statistikaya əsasən dünya əhalisinin bir qismi bu orqanın fəaliyyət pozulması nəticəsində əmələ gələn müxtəlif xəstəliklərdən əziyyət çəkir.

Dövlət Statistika Komitəsindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, 2024-cü ildə həyatında ilk dəfə qalxanabənzər vəzinin xəstəlikləri diaqnozu ilə 3015 nəfər qeydə alınıb.

Məlumata görə, onlardan 813 nəfəri kişi, 2202 nəfəri qadın olub. Yaş statistikasına gəldikdə isə, 0-17 yaşda 321 nəfər, 18-29 yaşda 270 nəfər, 30 və daha yuxarı yaşda 2424 nəfər qeydə alınıb.

"2023-cü ildə həyatında ilk dəfə qalxanabənzər vəzinin xəstəlikləri diaqnozu ilə 1184 nəfər, 2022-ci ildə isə 1834 nəfər qeydə alınıb. 2023-cü ildə 370 kişi və 814 qadın, 2022-ci ildə isə 415 kişi və 1419 qeydə alınıb.

Yaş aralığına gəldikdə isə, 2023-cü ildə 0-17 yaşda 238 nəfər, 18-29 yaşda 149 nəfər, 30 və daha yuxarı yaşda 797 nəfər olub. 2022-ci ildə 0-17 yaşda 168 nəfər, 18-29 yaşda 238 nəfər, 30 və daha yuxarı yaşda 1428 nəfər olub", – məlumatda bildirilib.

Son 3 ilə nəzər salsaq, ötən il əvvəlki illərə nisbətən sayda artım müşahidə edilir. Xəstəlik ən çox qadınlarda, 30 və daha yuxarı yaşlarda olan insanlarda qeydə alınıb.

Qeyd edək ki, tək üzvlərdən olan qalxanabənzər vəzi boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşir. Rəngi sarımtıl-qırmızı, konsinstensiyası yumuşaq və xarici səthi paylıdır. Qalxanabənzər vəzinin bir boğazı və iki yan sağ və sol payları var. Bəzən üçüncü piramidayabənzər pay pyramidalis təsadüf olunur; bu pay çox vaxt boğazdan, bəzən yan paylardan (ümumiyyətlə sol paydan) başlayıb – qırtlağın ön səthi ilə yuxarıya qalxır və qalxanabənzər qığırdağın ön səthinə söykənərək dilaltı sümüyünə çatır. Qalxanabənzər vəzin bir payının boylama ölçüsü 6 sm, eni 4 sm və qalınlığı 2 sm olur. Qadınlarda çəkisi kişilərə nisbətən çox olur, bəzən hamiləlik dövründə daha da artır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv