Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha iki medal qazanıb

Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha iki medal qazanıb






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Azərbaycan Cüdo Federasiyası, #Latviya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan cüdoçuları Latviyanın paytaxtı Riqada keçirilən veteranlar arasında Avropa çempionatının üçüncü günündə daha 2 medal qazanıb.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, qitə turnirində yeganə qadın təmsilçi Zülfiyyə Hüseynova (F-6, 70 kq) bütün rəqiblərinə ipponla qalib gələrək Avropa çempionu olub.

M-1 yaş kateqoriyasında çıxış edən Samir İsmayılov (73 kq) isə üçüncü yeri tutaraq bürünc medal əldə edib.

Daha əvvəl Fərhad Rəcəbli (M-8, 90 kq), Babək Hacıyev (M-4, 60 kq), Vaqif Kərimov (M-4, 73 kq), Emil Hüseynov (M-4, 100 kq) qızıl, Samir İsmayılov (M-3, 81 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, hazırda aktivində 7 medal (5 qızıl, 2 bürünc) olan yığma 37 ölkə arasında kişilərin mübarizəsində 4-cü, ümumi komanda sıralamasında isə 5-ci pillədə qərarlaşıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv