İtaliya A Seriyası: “Napoli” dördüncü dəfə ölkə çempionu oldu

İtaliya A Seriyası: “Napoli” dördüncü dəfə ölkə çempionu oldu






presstv

"Presstv"az #Bakı, #İtaliya, #İtaliya A Seriyası, #Milan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İtaliya A Seriyasında mövsümün qalibi müəyyənləşib.

presstvaz xəbər verir ki, son tura qədər çempionluq uğrunda lider “Napoli” və ondan bir xal geri qalan “İnter” mübarizə aparıb.

Hər iki klub 38-ci turu itkisiz başa vurub. Neapol təmsilçisi ev oyununda “Kalyari”ni 2:0 hesabı ilə məğlub edib. Milan klubu isə səfərdə “Komo”ya 2:0 hesabı ilə qalib gəlib.

Beləliklə, xallarını 82-yə çatdıran “Napoli” skudettoya sahib çıxıb. Aktivində 81 xal olan “İnter” isə mövsümü ikinci pillədə tamamlayıb.

Qeyd edək ki, “Napoli” sonuncu dəfə 2022/2023 mövsümündə çempion olmuşdu. Komanda ümumilikdə dörd dəfə birincilik yaşayıb.

23 may, 09:24

Bu gün İtaliya A Seriyasının XXXVIII turuna iki görüşlə start veriləcək.

presstvaz xəbər verir ki, ilk oyun günündə keçiriləcək iki görüş İtaliya A Seriyasında qalibin adına aydınlıq gətirəcək.

“İnter” “Komo” ilə, “Napoli” isə “Kalyari” ilə qarşılaşacaq.

Aktivində 79 xalı olan “Napoli” qələbə qazanaraq bir xal fərqlə geridə olan “İnter”i qabaqlamağa çalışacaq.

78 xalı olan “İnter” isə “Napoli”nin büdrəməsi ehtimalını nəzərə alaraq görüşdən maksimum nəticə ilə ayrılmaq istəyir.

“Napoli” görüşü qələbə ilə başa vuracağı təqdirdə İtaliya A Seriyasının qalibi olacaq. Heç-heçə edəcəyi, yaxud uduzacağı və “İnter” qələbə qazanacağı təqdirdə isə “İnter” çempionluğunu qeyd edəcək.

Xatırladaq ki, hər iki görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

23 may 2025

İtaliya A Seriyası

XXXVIII tur

Saat 22:45, “Komo” – “İnter”;

Saat 23:45, “Napoli” – “Kalyari”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv