Təhsil eksperti ilə DİM sədri arasında QALMAQAL: Neçə nəfərin qiymətlərində düzəliş edildi?

Təhsil eksperti ilə DİM sədri arasında QALMAQAL: Neçə nəfərin qiymətlərində düzəliş edildi?






presstv

"Presstv"az #Araşdırma, #Kamran Əsədov, #Məleykə Abbaszadə, #Mətbuat konfransı, #Qəbul imtahanları, #Təhsil, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Martın 2-si və 9-da şagirdlərin 11 illik yekun attestasiya imtahanı keçirilib.

İmtahanda ümumilikdə 115 273 nəfər iştirak edib. Onlardan müxtəlif səbəblərlə nəticələrindən narazı olan 10 980 şəxs Apellyasiya Komissiyasına müraciət edib. Araşdırmalarla 1 824-nün qiymətində düzəliş olunub.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, imtahan nəticələrindən narazı qalan bəzi şagirdlər hesab edirlər ki, Dövlət İmtahan Mərkəzi onların bilik və bacarıqlarını düzgün qiymətləndirməyib:

“Onlar düşünürlər ki, nəticələr yanlış yoxlanılıb və imtahan balları əsassız şəkildə aşağı göstərilib. Ən narahatedici hal isə ondan ibarətdir ki, bu şagirdlərdən biri maksimum – 300 bal toplamışdı. Lakin DİM onun balını az göstərmişdi. Yalnız həmin şəxs nəticədən narazılığını bildirdikdən sonra balı maksimum səviyyəyə qaldırılıb. Bu fakt DİM-in imtahanların keçirilməsində ciddi problemlərinin olduğunu göstərir”.

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə isə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında təhsil ekspertlərinə abituriyentlərin qiymətləndirilməsi prosesində iştirak etməyi təklif edib.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv