“McDonald’s Azərbaycan”ın yeni restoranı Qala qəsəbəsində açılıb

“McDonald’s Azərbaycan”ın yeni restoranı Qala qəsəbəsində açılıb






presstv

"Presstv"az #Avto, #Azərbaycan, #informasiya texnologiyaları, #McDonald's

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“McDonald’s Azərbaycan” şirkətinin sayca 32-ci restoranı mayın 23-də Qala qəsəbəsində – Mərdəkan şosesinin cənub-şərq tərəfində, yeni fəaliyyətə başlamış “Rahat Gourmet Market”də açılıb.

Müasir “in-store” formatında hazırlanmış restoranın tərtibatında funksionallığı rahat planlaşdırma ilə birləşdirən “Geometry” dizaynından istifadə edilib. Daxilində 132 oturacaq yeri nəzərdə tutulmuş restoranın 40 yerlik geniş terrası isti vaxtlarda rahat istirahət üçün idealdır. Restoranda, həmçinin “McDelivery” xidməti göstərilir ki, bu da yaxın qəsəbələrə daha sürətli çatdırılma etməyə imkan verəcək.

“McDonald’s Azərbaycan”ın digər restoranlarında olduğu kimi, burada da qabaqcıl xidmət texnologiyaları – interaktiv özünəxidmət köşkləri, həmçinin sifarişləri birbaşa masa arxasında əyləşərək qəbul etməyə imkan verən “table service” xidməti tətbiq olunub. Avtomobil sürücüləri üçün nəzərdə tutulmuş “MakAvto” xətti daha rahat xidmət göstərməyə şərait yaradır.

“Rahat Gourmet Market”də yerləşən “McDonald’s” restoranın açılması ilə 70 yeni iş yeri yaradılıb. Hazırda “McDonald’s Azərbaycan” şirkəti ölkə üzrə 2 900 nəfərdən çox Azərbaycan vətəndaşını iş yeri ilə təmin edir.

Azərbaycan iqtisadiyyatına investisiya yatıran ilk beynəlxalq brendlərdən biri olan “McDonald’s” artıq 25 ildir ki, yerli istehsal həcmlərinin artırılmasına töhfə verməklə, ölkədə qeyri-neft sektorunun inkişafını fəal şəkildə dəstəkləyir.

“McDonald’s Azərbaycan”ın təchizat və logistika, rekruitment, həmçinin informasiya texnologiyaları, marketinq və s. kimi müxtəlif iqtisadi sahələri təmsil edən 100-dən çox yerli podratçı şirkət ilə fasiləsiz əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv