Müharibə veteranlarına verilən müavinət artacaq? – açıqlama

Müharibə veteranlarına verilən müavinət artacaq? – açıqlama






presstv

"Presstv"az #Ailə, #İqtisadi siyasət, #Milli Məclis, #Müharibə, #sənaye və sahibkarlıq komitəsi, #Sosial ödənişlər, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Yaşayış minimumu haqqında” Qanuna dəyişiklik layihəsi müzakirə olunaraq plenar iclasa tövsiyə edilib. Dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə olan şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək. Hazırda qanunvericilik sosial sahəyə aid müəssisələri bu normalarla əhatə etmir ki, bu da həmin müəssisələrin imkanlarını məhdudlaşdırırdı. Yeni dəyişiklik bu boşluğu aradan qaldıracaq.

Bundan əlavə, sonuncu dəfə 11 il əvvəl təsdiqlənmiş minimum istehlak səbətinin bu il yenilənməsi gözlənilir. Bildirilir ki, bu səbət artan həyat xərclərini nəzərə ala bilər və bu da 285 manat olan yaşayış minimumunun artırılmasına zəmin yarada bilər. Yaşayış minimumu artdığı təqdirdə, ona indeksləşdirilən sosial ödənişlər – o cümlədən müharibə veteranlarına verilən 80 manatlıq aylıq müavinətin də artıb artmayacağı sual doğurur.

Maraqlıdır, müharibə veteranlarına verilən 80 manat artacaqmı?

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Aydın Hüseynov News24.az-a bildirib ki, sosial islahat paketinin genişləndirilməsi dövlətin strateji və davamlı hədəflərindən biridir:

“Yaşayış minimumu haqqında” Qanuna ediləcək dəyişikliklər fonunda hökumətin sosial siyasəti yenidən gündəmə gəlib. Dövlət büdcəmizin gəlirləri fonunda sosial zərflər formalaşır və bu istiqamətdə artımlar həyata keçirilir. Bu zərflər hazırlanarkən vətəndaşların sosial rifahının artırılmasına kompleks yanaşılır”.

Deputatın sözlərinə görə, büdcə gəlirlərinin artması şəraitində sosial müdafiə tədbirləri daha da genişlənəcək. Bu isə təkcə əmək pensiyaları və müavinətləri deyil, həmçinin aztəminatlı təbəqələrə, şəhid ailələrinə, müharibə veteranlarına və digər sosial qruplara göstərilən dəstəyi də əhatə edəcək.

“Ölkənin maliyyə imkanları artdıqca, bu artımların ən çox əks olunduğu sahə məhz sosial sektor olacaq. Əgər dövlət büdcəsinin gəlirləri əvvəlki illərlə müqayisədə artmağa davam edərsə, bu artımların birbaşa vətəndaşların sosial rifahına yönləndirilməsi baş tutacaq. Bu, həm də hökumətin sosial ədalət prinsipinə sadiqliyinin göstəricisidir”.

Aydın Hüseynov Yaşayış minimumu haqqında” qanuna ediləcək dəyişikliklər çərçivəsində istehlak səbətinin yenidən müəyyənləşdirilməsi və onun 11 ildən sonra ilk dəfə yenilənməsi nəzərdə tutulur. Bu addım yaşayış minimumunun artırılmasına zəmin yaradacaq.

Müharibə veteranlarına verilən 80 manatlıq müavinət yaşayış minimumuna uyğun indeksləşdiyi üçün eyni nisbətdə artacağı təqdirdə 15% artım halında – müavinət təxminən 92 manat ola bilər. Bu rəqəmlər təxmini proqnozlar üzərində qurulub və dəqiq məbləğlər rəsmi təsdiqdən sonra məlum olacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv