“TuranBank” “Yaşıl ASAN” proqramı çərçivəsində ekoloji layihəni uğurla başa vurub

“TuranBank” “Yaşıl ASAN” proqramı çərçivəsində ekoloji layihəni uğurla başa vurub






presstv

"Presstv"az #Planet

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ölkənin aparıcı banklarından biri olan “TuranBank” ASC “ASAN Könüllüləri”nin “Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində kağız tullantılarının toplanması və onların təkrar emalına yönəlmiş ekoloji layihəni uğurla həyata keçirib.

Belə ki, ekoloji layihə çərçivəsində “TuranBank”a məxsus satış nöqtələrində və Baş ofisində ətraf mühitin mühafizəsi, kağız israfının qarşısının alınması və təkrar emal prosesinin təşviqi məqsədilə kağız tullantılarının toplanması üçün xüsusi təkrar emal qutuları yerləşdirilib. Layihənin əsas məqsədi ağacların qorunmasına, ekoloji tarazlığın saxlanılmasına və əhalidə ekoloji məsuliyyət hissinin artırılmasına töhfə verməkdir.

Məlumat üçün bildirək ki, “Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində indiyədək 2 200 tondan çox kağız tullantısı toplanaraq təkrar emala göndərilib. Bu təşəbbüs sayəsində 37 400-dən artıq ağacın kəsilməsinin qarşısı alınıb. Bu göstəricilər həm təbiətin qorunması, həm də ekoloji dayanıqlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, “TuranBank” ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirəcək və planetimizin mühafizəsi üçün mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak edəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv