Corc Dik: “Terrorla mübarizə qlobal əməkdaşlıq tələb edir”

Corc Dik: “Terrorla mübarizə qlobal əməkdaşlıq tələb edir”






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Audi, #Azərbaycan, #Başsağlığı, #Hadisə, #İsrail, #Süni intellekt, #Vaşinqton, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Terrorla mübarizə qlobal əməkdaşlıq tələb edir”

presstvaz xəbər verir ki, bunu “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” adlı beynəlxalq elmi-praktik konfransda İsrailin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Corc Dik deyib.

O deyib ki, terrorizm yenə də gündəmdədir:

“Dünən ABŞ-nin Vaşinqton şəhərində bizim diplomatik korpusun üzvlərinə qarşı terror aktı baş verib. Həlak olanların ailələrinə və ABŞ hökumətinə başsağlığı verirəm. Hadisədən dərhal sonra Azərbaycandan başsağlığı aldıq. Bu, yüksək dəyərləndirilir”.

O, terrorun qloballaşan texnologiyalar vasitəsilə daha da yayılma təhlükəsinə diqqət çəkib:

“Süni intellekt və müasir texnologiyalar yanlış əllərdə olduqda terrorçuluğun genişlənməsinə səbəb ola bilər. Ona görə də bu, qlobal yanaşma tələb edən problemdir”.

Corc Dik Azərbaycanın bu sahədə göstərdiyi səyləri və beynəlxalq dəstəklərini yüksək qiymətləndirib, Auditorlar Palatasına və konfransın təşkilatçılarına təşəkkürünü bildirib.

Səfir, həmçinin İsraillə Azərbaycan arasında münasibətlərin müxtəlif sahələrdə, o cümlədən təhlükəsizlik, turizm, ticarət, kənd təsərrüfatı və su resursları sahələrində inkişaf etdiyini vurğulayıb:

“İki ölkə arasında turist axını iki dəfə artıb. Birgə komissiyanın işə başlaması ilə əməkdaşlıq daha da genişlənəcək”.

Aləmdə Nəsib


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv