Toral Bayramov Avropa Liqasının ən yaxşı 10 qolundan birinin müəllifi oldu

Toral Bayramov Avropa Liqasının ən yaxşı 10 qolundan birinin müəllifi oldu






presstv

"Presstv"az #"Mançester Yunayted", #"Qarabağ", #Atletik Bilbao, #Avropa, #Futbol, #Norveç, #Qalatasaray, #UEFA Avropa Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qarabağ” komandasının futbolçusu Toral Bayramovun “Budyo Qlimt” klubunun qapısına vurduğu qol UEFA Avropa Liqasının 2024/2025 mövsümünün ən yaxşı 10 qolundan biri seçilib.

Bu barədə presstvaz UEFA-nın saytına istinadla xəbər verir.

Bildirilir ki, UEFA-nın texniki müşahidə qrupunun hazırladığı 10 ən yaxşı qol siyahısında birinci yeri “Qalatasaray”ın yarımmüdafiəçisi Yunus Akgün tutur.

Onun evdə komandasının 3:2 hesabı ilə qalib gəldiyi “Tottenhem” matçında cərimə meydançası kənarından vurduğu qol birinci yerə layiq görülüb.

Millimizin və “Qarabağ”ın oyunçusu Toral Bayramovun Norveçdə rəqib qapısından uzaq məsafədən keçirdiyi qol isə yeddinci yerə layiq görülüb.

UEFA-nın versiyasına görə, mövsümün ən yaxşı 10 qolunun müəllifləri:

1. Yunus Akgün (“Qalatasaray” – “Tottenhem”)

2. Rasmus Hoylund (“Mançester Yunayted” – Budyo Qlimt)

3. Niko Uilyams (“Atletik Bilbao” – “Roma”)

4. Pedro Rodriges (“Ayaks” – “Latsio”)

5. Adama Traore (“Ferensvaroş” – “AZ Alkmaar”)

6. Samuel Omorodion (“Roma” – “Porto”)

7. Toral Bayramov (“Budyo Qlimt” – “Qarabağ”)

8. Meyson Maunt (“Mançester Yunayted” – “Atletik Bilbao”)

9. Kobbi Maynu (“Mançester Yunayted” – “Lion”)

10. Qustav İsaksen (“Viktoriya Plzen” – “Latsio”)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv